Vacancies
CO

Ailə üçün Şəxsi Sürücü

Company

Ailə üçün məsuliyyətli, etibarlı və təcrübəli şəxsi sürücü axtarılır.

Responsibilities

  • Ailə üzvlərinin təhlükəsiz və rahat daşınmasını təmin etmək.
  • Avtomobili hər gün səhər götürmək, iş günü başa çatdıqdan sonra axşam ailənin ünvanına təhvil vermək.
  • Avtomobili daim təmiz, səliqəli və saz vəziyyətdə saxlamaq, mütəmadi olaraq şəxsən yumaq və gündəlik qulluğunu təmin etmək.
  • Avtomobilin texniki vəziyyətinə nəzarət etmək, nasazlıqlar barədə vaxtında məlumat vermək.
  • Yay mövsümündə əsasən bağ evinə, qış mövsümündə isə şəhər daxilində xidmət göstərmək.
  • Waze, Google Maps və digər naviqasiya proqramlarından sərbəst istifadə etmək.
  • Sürücülük vəzifəsi ilə yanaşı, ailənin gündəlik tapşırıqlarını yerinə yetirmək (market və alış-veriş etmək, sənədlərin çatdırılması və götürülməsi, müxtəlif şəxsi tapşırıqların icrası, zərurət olduqda digər köməkçi işlərin görülməsi və s.).

Requirements

  • Ailə sürücüsü vəzifəsində minimum 5 il iş təcrübəsi.
  • Yol hərəkəti qaydalarını mükəmməl bilmək.
  • Waze, Google Maps və digər naviqasiya proqramlarından sərbəst istifadə bacarığı.
  • Məsuliyyətli, intizamlı, punktual, nəzakətli və dürüst olmaq.
  • Məxfiliyə riayət etmək və ailə ilə işləmək bacarığına malik olmaq.
  • Çevik iş rejimində işləməyə hazır olmaq.
  • İş şəraiti: Əmək haqqı:1000 AZN.
  • Həftədə 1 gün istirahət.
  • Sabit iş qrafiki yoxdur, iş ailənin gündəlik ehtiyaclarına uyğun təşkil olunur.
  • Qeyd: Yalnız ailə sürücüsü kimi minimum 5 il peşəkar təcrübəyə malik namizədlərin CV-lərinə baxılacaq.
  • Digər müraciətlər qəbul olunmayacaq.
  • Əmək haqqından avans verilmir.
  • Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Back