PR
Anbardar
PASHA Real Estate Group
Təsvir
Qəbul olunan material və təchizatların qəbulunu, yoxlanılmasını və anbara yerləşdirilməsini təmin etmək. Tələbnamələrə uyğun olaraq materialları layihə komandalarına təqdim etmək. Dəqiq inventar qeydlərini aparmaq və ehtiyat (stok) hesabatlarını hazırlamaq. Materialların düzgün saxlanılmasını, etiketlənməsini və nizamlı şəkildə təşkil olunmasını təmin etmək. Müntəzəm inventar sayımı və üzləşdirmə (reconciliation) proseslərində iştirak etmək. Hər zaman təhlükəsizlik qaydalarına və anbar prosedurlarına riayət etmək.
Requirements
- Xüsusi ixtisaslaşma sahələri: Materialların idarə olunması və daşınması İnventar (stok) nəzarəti İş təcrübəsi: Anbardar və ya anbar operatoru vəzifəsində 2–4 il iş təcrübəsi Tikinti materialları sahəsində təcrübəyə üstünlük verilir Dil və kompüter proqramları üzrə biliklər (Microsoft Office): Azərbaycan dilini sərbəst bilmək İngilis dili üzrə baza bilikləri Microsoft Office proqramlarında orta səviyyədə bilik tələb olunur Xüsusi tələblər: Material və avadanlıqlarla işləmək üçün fiziki imkanlara malik olmaq Detallara diqqət və yaxşı təşkilatçılıq bacarıqları Kompetensiyalar: Materialların idarə olunması və uçotunun aparılmasında dəqiqlik Məsuliyyətlilik və komanda ilə işləmək bacarığı Təhlükəsizlik standartlarına riayət etmək