Aparıcı Mühasib
Təsvir
Debitor və kreditor borclarının uçotunu aparmaq, kontragentlərlə üzləşmələr həyata keçirmək və hesablaşmalara nəzarət etmək; Vergi uçotunu təşkil etmək, xüsusilə ƏDV üzrə əməliyyatların düzgün uçotuna və vergi qanunvericiliyinə uyğun istifadəyə nəzarət etmək; Vergi öhdəliklərinin düzgün hesablanmasını və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə ödənilməsini təmin etmək; Mühasibat uçotunun qanunvericiliyin tələblərinə və tətbiq olunan standartlara uyğun aparılmasını təmin etmək; Gündəlik maliyyə əməliyyatlarını və ödəniş proseslərini planlaşdırmaq, koordinasiya etmək və nəzarətdə saxlamaq; İnternet Banking sistemləri vasitəsilə bank hesablarını idarə etmək və ödəniş əməliyyatlarını həyata keçirmək; Xəzinədarlıq portalı üzərindən ödənişlərin hazırlanmasını və icrasını təmin etmək; Müqavilələr üzrə maliyyə öhdəliklərinin icra vəziyyətini izləmək və nəzarətdə saxlamaq; Aylıq, rüblük və illik vergi, statistika və digər icbari hesabatları hazırlamaq və aidiyyəti dövlət qurumlarına təqdim etmək; Əsas vəsaitlərin, material ehtiyatlarının və digər aktivlərin uçotunu aparmaq; Büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə və büdcənin icrasına nəzarət etmək; İşçilərlə hesablaşmaların (əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlər) düzgün uçotunu təmin etmək; Maliyyə hesabatlarını hazırlamaq, onların təhlilini aparmaq və rəhbərliyə təqdim etmək; Maliyyə göstəricilərini təhlil etmək, maliyyə risklərini və potensial problemləri əvvəlcədən müəyyənləşdirərək rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək; Audit, daxili nəzarət və vergi yoxlamaları zamanı tələb olunan maliyyə sənədlərini və məlumatları hazırlamaq, yoxlama proseslərində fəal iştirak etmək; Maliyyə proseslərinin optimallaşdırılması, standartlaşdırılması və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; Maliyyə şöbəsində iş bölgüsünün və maliyyə proseslərinin koordinasiyasına dəstək vermək; Dashboard və digər idarəetmə hesabatlarının hazırlanmasına və inkişaf etdirilməsinə töhfə vermək; Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək; Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Requirements
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil; AR "Mühasibat uçotu haqqında" Qanunu, AR Vergi Məcəlləsi, AR Əmək Məcəlləsi, "Publik hüquqi şəxslər haqqında" Qanun və Beynəlxalq Maliyyə Hesabatı Standartları (MHBS) üzrə dərin biliklər; Dövlət qurumlarında və ya dövlət adından yaradılmış publik hüquqi şəxslərdə maliyyə və mühasibat sahəsində iş təcrübəsi; Aparıcı mühasib və ya daha yüksək vəzifədə minimum 3 il iş təcrübəsi; 1C, Sinam və ya digər mühasibat/ERP proqramlarında işləmək bacarığı; MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək; Vergi, maliyyə və mühasibat hesabatlarının hazırlanması, təhlili və aidiyyəti qurumlara təqdim edilməsi sahəsində praktiki təcrübə; Büdcə planlaşdırılması, maliyyə təhlili, maliyyə nəzarəti və maliyyə risklərinin qiymətləndirilməsi üzrə bilik və bacarıqlar; Audit, daxili nəzarət və maliyyə yoxlamaları proseslərində işləmək bacarığı; Maliyyə göstəricilərini təhlil etmək, rəhbərlik üçün analitik və keyfiyyətli idarəetmə hesabatları hazırlamaq bacarığı; Maliyyə və mühasibat proseslərini sistemləşdirmək, təkmilləşdirmək və optimallaşdırmaq istiqamətində təşəbbüskar yanaşma; Analitik düşünmə, qərarvermə, problemlərin operativ həlli və nəticəyönümlü işləmək bacarığı; Planlaşdırma, təşkilatçılıq, vaxtın səmərəli idarə olunması, yüksək məsuliyyətlilik və detallara diqqət; Komandada işləmək, effektiv ünsiyyət qurmaq və məxfi məlumatlarla peşəkar şəkildə işləmək bacarığı.