Vacancies
NK

Borcların Çat Yazışmaları Vasitəsilə Təqibi üzrə Mütəxəssis

NBCO KredAqro

Responsibilities

  • Müştərilərlə çat və digər yazılı kommunikasiya kanalları vasitəsilə əlaqə saxlamaq.
  • Borcun yaranma səbəblərini müəyyən etmək.
  • Hər bir müştəri üçün uyğun ünsiyyət strategiyasını seçmək.
  • Etirazlarla işləmək və mübahisəli halları həll etmək.
  • Müştərilərə borcun ödənilməsi üsulları barədə məlumat vermək.
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və Şirkətin daxili qaydalarına riayət etmək.
  • Aparılan yazışmaların nəticələrini CRM sistemində qeyd etmək.
  • Müəyyən edilmiş KPI göstəricilərini yerinə yetirmək.

Requirements

  • İş təcrübəsi Borcların təqibi sahəsində iş təcrübəsi arzuolunandır.
  • Satış, çağrı mərkəzi (Call Center), müştəri xidmətləri və ya müraciətlərin emalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Təcrübəsi olmayan, lakin öyrənməyə meyilli və inkişaf potensialı yüksək olan namizədlər də nəzərdən keçirilə bilər.
  • Müştərilərlə yazılı ünsiyyət təcrübəsi üstünlük hesab olunur.
  • Məhkumluğun, kredit və ya məhkəmə qərarları üzrə ödənilməmiş borcların olmaması vacibdir.
  • Səlis yazılı və şifahi nitq bacarığı.
  • Bilik və bacarıqlar Borcların təqibi ilə bağlı qanunvericilik üzrə bilik arzuolunandır.
  • Danışıqlar aparmaq və münaqişələri idarə etmək bacarığı.
  • Etirazlarla işləmək və stresli vəziyyətlərdə düzgün qərar vermək bacarığı.
  • Kompüter, CRM sistemləri və ofis proqramlarından sərbəst istifadə.
  • Yazılı və şifahi ünsiyyət bacarıqları yüksək səviyyədə olmalıdır.
  • Müştərinin vəziyyətini tez təhlil etmək və uyğun ünsiyyət üsulu seçmək bacarığı.
  • İşgüzar etikaya riayət etmək.
  • Şəxsi keyfiyyətlər Ünsiyyətcil və insanlarla asan əlaqə qura bilmək.
  • Stressə davamlı və emosional cəhətdən sabit olmaq.
  • Daxili qaydalarda, motivasiya sistemində və iş proseslərində baş verən dəyişikliklərə tez uyğunlaşmaq.
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
  • Yüksək özünütəşkil və intizam.
  • Qətiyyətli olmaqla yanaşı, nəzakətli ünsiyyət qurmaq bacarığı.
  • İş şəraiti İş qrafiki: 2/2, saat 09:00–21:00.
  • Gələcəkdə məsafədən (remote) işləmək imkanı.
  • Əməkhaqqı: sabit əməkhaqqı + KPI göstəricilərinin yerinə yetirilməsinə görə bonus.
  • Təlim və peşəkar inkişaf imkanları.
  • Peşəkar komandada işləmək imkanı.
  • Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Back