Hüquq Məsləhətçisi
Təsvir
Müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və razılaşdırılmasını həyata keçirmək; Struktur bölmələr tərəfindən daxil olan hüquqi məsələləri araşdırmaq və qanunvericiliyə uyğun hüquqi rəylər hazırlamaq; Dövlət qurumları və digər təşkilatlarla hüquqi yazışmaları hazırlamaq və icra etmək; Şirkətin məhkəmələrdə, dövlət orqanlarında və digər təşkilatlarda maraqlarını təmsil etmək; Məhkəmə işlərini idarə etmək, iddia ərizələri, etirazlar, vəsatətlər və digər prosessual sənədləri hazırlamaq; Hüquqi mübahisələr üzrə strategiyanın hazırlanmasında və icrasında iştirak etmək; Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsinə dəstək göstərmək; Hüquqi riskləri müəyyən etmək, qiymətləndirmək və onların minimallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək.
Requirements
- Hüquq ixtisası üzrə bakalavr təhsili; Hüquq sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək, rus dili biliyinin orta səviyyədə olması üstünlük hesab olunur. Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı; Güclü yazılı və şifahi ünsiyyət bacarıqları; Danışıqların aparılması bacarığı; Analitik düşünmə və problem həll etmə bacarığı; Təqdimat bacarığı; Komandada effektiv işləmək bacarığı; Məsuliyyətli, dəqiq və etik iş prinsiplərinə sadiq olmaq. İş qrafiki: 5 günlük