Hüquqşünas(Sabirabad)
Təsvir
Şirkətin və onun struktur bölmələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək; Müqavilələrin, sazişlərin, memorandumların və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və razılaşdırılmasını həyata keçirmək; Şirkətin fəaliyyətindən irəli gələn hüquqi riskləri müəyyən etmək, təhlil etmək və onların minimallaşdırılması üzrə təkliflər hazırlamaq; Korporativ idarəetmə ilə bağlı sənədlərin (qərarlar, protokollar, etibarnamələr və s.) hazırlanmasını təmin etmək; Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaları və münasibətləri idarə etmək; Şirkətə daxil olan hüquqi xarakterli sorğulara, məktublara və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq; Şirkətin iştirak etdiyi layihələrin hüquqi müşayiətini həyata keçirmək; Hüquqi dəyişiklikləri və qanunvericilik yeniliklərini izləmək, aidiyyəti struktur bölmələri məlumatlandırmaq; Mübahisələrin məhkəməyədək həlli istiqamətində tədbirlər görmək və zərurət yarandıqda məhkəmə işlərinin koordinasiyasında iştirak etmək; Şirkətin maraqlarının qorunması məqsədilə hüquqi rəylər və tövsiyələr hazırlamaq; Daxili siyasət, prosedur, təlimat və digər normativ sənədlərin hazırlanmasında iştirak etmək; Şirkətdə qəbul edilmiş qayda, prosedur və etik davranış prinsiplərinə riayət etmək; Birbaşa rəhbər tərəfindən verilən digər hüquqi tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək. 📍 İş yeri: Sabirabad rayonu
Requirements
- Hüquq ixtisası üzrə ali təhsil; Korporativ hüquq, kommersiya hüququ və ya müqavilə hüququ sahəsində minimum 3-5 il iş təcrübəsi; Azərbaycan Respublikasının mülki, əmək, vergi, korporativ və kommersiya qanunvericiliyi üzrə dərin biliklər; Müqavilələrin hazırlanması, ekspertizası və hüquqi risklərin qiymətləndirilməsi üzrə təcrübə; Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması və müraciətlərin hazırlanması bacarığı; Korporativ idarəetmə sənədlərinin hazırlanması və hüquqi müşayiəti üzrə təcrübə; Hüquqi rəy, arayış və digər hüquqi sənədlərin hazırlanması bacarığı; Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili biliyi üstünlük hesab olunur; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Analitik düşüncə, yüksək məsuliyyətlilik və məxfi məlumatlarla işləmək bacarığı; Danışıqlar aparmaq, problemləri hüquqi müstəvidə həll etmək və qərarvermə bacarığı; Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.