Vacancies
UK

İdarəetmə, Risk və Komplayens (GRC) Şöbəsinin Aparıcı Mütəxəssisi

Unibank Kommersiya Bankı

Təsvir

Bank üzrə informasiya təhlükəsizliyi idarəetmə, risk və komplayens proseslərinin icrasında iştirak etmək; İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, təlimat və digər normativ sənədləri hazırlamaq, yeniləmək və tətbiqini təmin etmək; Tənzimləyici qurumların, beynəlxalq standartların və daxili qaydaların informasiya təhlükəsizliyi üzrə tələblərini izləmək və icrasını təmin etmək; PCI DSS, PCI 3DS, PCI PIN Security, SWIFT CSP, Mərkəzi Bank tələbləri və digər aidiyyəti komplayens çərçivələri üzrə uyğunluq fəaliyyətlərini icra etmək və nəzarətdə saxlamaq; Audit, yoxlama və qiymətləndirmə prosesləri üçün tələb olunan məlumatların, sübutların və sənədlərin toplanmasını təşkil və koordinasiya etmək; Audit və yoxlama nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar üzrə tədbirlərin icrasını izləmək və əlaqəli struktur bölmələrlə koordinasiyanı həyata keçirmək; Yeni layihə, sistem, proses və inteqrasiyalar üzrə informasiya təhlükəsizliyi governance və compliance tələblərinin tətbiqini həyata keçirmək və nəzarətdə saxlamaq; İnformasiya təhlükəsizliyi sahəsində maarifləndirmə və daxili təlim təşəbbüslərini təşkil etmək və həyata keçirmək; İnformasiya təhlükəsizliyi üzrə daxili və xarici sorğuların cavablandırılması üçün tələb olunan məlumatları hazırlamaq və təqdim etmək; İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək; İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi strategiyası və siyasətinə riayət olunmasına nəzarəti həyata keçirmək.

Requirements

  • Təhsil və Təcrübə Ali təhsil (İnformasiya Texnologiyaları və əlaqəli sahələr üzrə); İnformasiya təhlükəsizliyi, idarəetmə, risk və komplayens (GRC) sahələrində minimum 3 il iş təcrübəsi; Qeyd olunan sahə üzrə siyasət, prosedur və normativ sənədlərin hazırlanması və tətbiqi üzrə iş təcrübəsi; PCI DSS, PCI 3DS, PCI PIN Security, SWIFT CSP, ISO 27001, Mərkəzi Bank tələbləri və digər uyğunluq çərçivələri üzrə bilik və praktiki iş təcrübəsi; Risklərin qiymətləndirilməsi, təhlili, izlənməsi və eskalasiya prosesləri üzrə təcrübə; Audit, daxili nəzarət və uyğunluq yoxlamalarında iştirak təcrübəsi. Bacarıqlar və Keyfiyyətlər Analitik düşüncə və problem həll etmə bacarıqları; Sənədləşdirmə, hesabatlılıq və təqdimat bacarıqları; İngilis dili orta səviyyədə, rus dili arzuolunandır; Məsuliyyətlilik, diqqətlilik və təşəbbüskarlıq. Sertifikatlar və Üstünlüklər CISM, CRISC, ISO 27001 Lead Implementer / Lead Auditor və ya digər uyğun sertifikatlar üstünlükdür; Bank, maliyyə, ödəniş sistemləri və yüksək tənzimlənən mühitdə iş təcrübəsi üstünlükdür; GRC alətləri, risk və komplayens platformaları ilə iş təcrübəsi arzuolunandır.
Back