İnformasiya sistemlərinin mühafizəsi Şöbəsinin Aparıcı / Baş mütəxəssisi
Təsvir
Bankın informasiya sistemlərinin texniki təhlükəsizliyini təmin etmək — IDS/IPS, antivirus, şifrələmə alətlərinin quraşdırılması, sazlanması və fasiləsiz istismarı; İnformasiya təhlükəsizliyi üzrə texniki nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; Təhlükəsizlik sistemlərindən daxil olan hadisə, xəbərdarlıq və anomaliyaları təhlil etmək, insidentlərə cavab tədbirlərinin görülməsini təmin etmək; Baş vermiş təhlükəsizlik insidentləri üzrə araşdırmalar aparmaq, nəticələrini sənədləşdirmək və aradan qaldırılması üçün aidiyyəti bölmələrlə koordinasiyalı işləmək; İnformasiya sistemlərinin təhlükəsizliyinin qanuni tələblərə və Bankın daxili standartlarına uyğunluğunun təmin edilməsində iştirak etmək.
Requirements
- Ali təhsil (İnformasiya texnologiyaları və ya Kompüter elmləri üzrə); Sahə üzrə ən azı 1 il iş təcrübəsi; EDR, XDR, SIEM kimi təhlükəsizlik sistemlərinin idarə edilməsi üzrə biliklər; Anomaliya monitorinqi, insidentləri cavablandırma təcrübəsi, analitik düşüncə; Orta səviyyədə ingilis və ya rus dili biliyi.