Vacancies
AC

İnşaat Mühəndisi (İnzibati Bina Tikintisi)

Azekon Construction MMC

Responsibilities

  • İnzibati bina layihəsinin tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə və normativ tələblərə uyğun təşkil etmək və nəzarətdə saxlamaq;
  • Tikinti işlərinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını təmin etmək, yaranan gecikmələrin aradan qaldırılması üçün tədbirlər görmək;
  • Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək;
  • Tikinti meydançasında görülmüş işlərin həcmlərini yoxlamaq, ölçülərin və keyfiyyət göstəricilərinin layihəyə uyğunluğunu təmin etmək;
  • Tikinti materiallarının, konstruksiyaların və avadanlıqların texniki tələblərə uyğunluğuna nəzarət etmək;
  • Görülmüş işlər üzrə aylıq və dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Layihə, texniki nəzarət və sifarişçi nümayəndələri ilə operativ işgüzar əlaqələri həyata keçirmək;
  • Tikinti meydançasında əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və onların həlli ilə bağlı təkliflər hazırlamaq;
  • Təhvil-təslim mərhələsində iştirak etmək, obyektin istismara qəbuluna dair sənədlərin hazırlanmasını təmin etmək;
  • Tikinti işlərinin keyfiyyətinin qüvvədə olan tikinti norma və qaydalarına uyğunluğunu təmin etmək.
  • Tələb Olunan Bilik və Bacarıqlar İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Tikinti norma və qaydalarını, layihə-smeta sənədləri ilə işləmə qaydalarını bilmək;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • Tikinti işlərinin təşkili və texniki sənədləşmə sahəsində təcrübə;
  • Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarığı.
  • İş yeri və əmək haqqı Xankəndi şəhəri (Qarabağ bölgəsi) Yaşayış yeri və qida təminatı Şirkət tərəfindən qarşılanır.
  • Həftəlik 6 günlük iş qrafiki, əmək haqqı birinci ay net - 1500 azn Əlaqə: 051 270 66 10 Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Back
AC
İnşaat Mühəndisi (İnzibati Bina Tikintisi)
Azekon Construction MMC
Apply Now
Posted: 02 July 2026
Deadline: 02 August 2026
Country Azerbaijan
City Baku
Category Engineering
Job type Full-time
Source ID 144840
Views 17

Detail.Share