Kiçik IT Biznes Analitik / Rəqəmsal Kommersiya İdarəsi
Təsvir
Məhsul sahibi ilə yaxın əməkdaşlıq edərək məhsulun yol xəritəsini, xüsusiyyətləri və məhsul tələblərindəki dəyişiklikləri anlamaq və icrasını təmin etmək; Funksional tələblərin müəyyənləşdirilməsi, proses axınları və dokumentasiyanın hazırlanması təmin etmək; Proqramlaşdırma, testləşdirmə və məhsulun dizaynı üzərində komanda üzvləri ilə birlikdə çalışmaq; Hazırlanmış tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi (user story-lərin yazılması), test case-lərin yazılması və user acceptance testlərin həyata keçirilməsi icra etmək; Mövcud prosesləri və məhsulların boşluqlarını tapmaq və keyfiyyətini optimallaşdırılması üçün təhlil etmək; Məhsulun inkişafını təmin etmək və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması.
Requirements
- Təhsil səviyyəsi: Ali (Bakalavr); Biznes Analitika üzrə minimum 1 il iş təcrübəsi; Problemi həll etmə, analitik düşünmə bacarığı; Komanda ilə işləmə bacarığı; Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; Danışıqların aparılması bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Dəyişikliklərə uyğunlaşmaq bacarığı; Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək); Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili (üst-orta) Rus dili ( üst-orta ). İş qrafiki: Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət) İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı