Logistika üzrə Mütəxəssis/ Aparıcı Mütəxəssis
Təsvir
İşin qısa təsviri Logistika üzrə mütəxəssis/aparıcı mütəxəssis xarici daşımalar (idxal/ixrac) üzrə tələblərin düzgün analiz edilməsi, uyğun vendorların seçilməsi, vendorlarla danışıqların aparılması və logistika prosesinin başdan sona effektiv şəkildə idarə edilməsinə cavabdeh olacaq; Əsas vəzifə və məsuliyyətlər Beynəlxalq idxal/ixrac (multimodal) və ölkədaxili daşımaların təşkil edilməsi və marşrutların optimallaşdırılması; Optimal logistika dəyərinin müəyyən edilməsi və rəqabətli nəqliyyat qiymətlərinin alınması; Məhsulların təhlükəsiz və vaxtında daşınması, anbara təhvilinin təmin edilməsi; SAP (ERP) sistemində sifariş və logistika məlumatlarının qeydiyyatı; Yükün çatdırılması prosesinin izlənilməsi və statusun mütəmadi yenilənməsi; Logistika planının hazırlanması və təkmilləşdirmə istiqamətləri üzrə iş; Yerli və beynəlxalq idxal/ixrac qanunvericiliyinə uyğun əməliyyatlar; Daşıyıcı və logistika şirkətləri ilə xidmət müqavilələrinin bağlanması və danışıqların aparılması; Logistika sənədlərinin (Invoice, Pack list, CoO, CMR, müqavilələr və s.) yoxlanması, uyğunluğun təmin edilməsi və müvafiq şöbələrə yönləndirilməsi;
Requirements
- Təhsil: Ali (Texniki, İqtisadiyyat, Avtonəqliyyat və s.); Təcrübə: Minimum 3–5 il logistika və idxal/ixrac sahəsində iş təcrübəsi; Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri (yazılı və şifahi); Bacarıqlar: MS Office (xüsusilə Excel), SAP/ERP bilikləri; Əlavə: Logistika və beynəlxalq daşımalar üzrə sertifikatlar arzuolunandır; Xüsusi tələblər: Analitik düşüncə və problem həll etmə bacarığı; Stresə davamlılıq və çevik qərar qəbuletmə; Yaxşı kommunikasiya və komanda ilə işləmə qabiliyyəti; Məsuliyyətli və nəticə yönümlü yanaşma;