Vacancies
B"

Maliyyə-mühasibatlıq şöbəsinin rəhbəri

BOKT "İDEAL KREDİT" MMC

Təsvir

· BOKT-nin strateji hədəflərinə uyğun olaraq maliyyə strategiyasının hazırlanması, icrası və optimallaşdırılması; · Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS/IFRS) uyğun olaraq əsas maliyyə hesabatlarının (P&L, Balans, Cash Flow) hazırlanması və analizi; · Təşkilatın illik, rüblük və aylıq büdcələrinin (Master Budget) qurulması, xərclərə nəzarət və büdcədən kənarlaşmaların təhlili; · Nağd pul hərəkətinin planlaşdırılması, likvidlik risklərinin və pul çatışmazlığının (Cash gap) qabaqcadan idarə edilməsi; · Təşkilatın maliyyə və kredit portfeli risklərinin qiymətləndirilməsi və minimallaşdırılması istiqamətində tədbirlərin görülməsi; · Azərbaycan Respublikasının Vergi, Əmək və Mülki qanunvericiliyinin tələblərinə, həmçinin daxili audit qaydalarına riayət olunmasının təmin edilməsi; · Maliyyə göstəriciləri, gəlirlilik analizi (KPI, ROE, ROA, EBITDA) və gələcək biznes ssenariləri üzrə maliyyə modellərinin qurulması; · Daxili və xarici audit proseslərinin idarə edilməsi, kənar auditorlar və requlyatorlarla (Mərkəzi Bank və s.) işin təşkili; · Maliyyə və mühasibatlıq şöbəsinin fəaliyyətinin koordinasiyası, tapşırıqların icrasına və əmək intizamına nəzarət edilməsi; · Təşkilatın daxili qaydalarına, korporativ standartlarına riayət olunması və rəhbərliyin digər tapşırıqlarının icrası.

Requirements

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə); · Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi; · Bank, BOKT və ya digər maliyyə institutlarında rəhbər vəzifədə iş təcrübəsi mütləqdir; · Strateji düşünmə, yüksək analitik təhlil, liderlik və komanda idarəetmə bacarığı; · Stressə davamlılıq, yüksək məsuliyyət və hesabatları rəhbərliyə düzgün təqdim etmə qabiliyyəti.
Back