Vacancies
İS

Metodologiya şöbəsinin analitiki/Hüquqşünas

İcbari Sığorta Bürosu

Təsvir

1. sığorta növləri ilə əlaqədar qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır; 2. sığorta bazarı ilə bağlı beynəlxalq təcrübəni və qabaqcıl yanaşmaları təhlil edir (sığortalanma modeli, bazar şərtləri və s.) və həmin təcrübənin yerli mühitə uyğunlaşdırılması üzrə əsaslandırılmış təkliflər hazırlayır; 3. sığorta bazarı üzrə mövcud trendləri, problemli sahələri və bazar iştirakçılarının davranış dəyişikliklərini mütəmadi təhlil edir və nəticələr barədə analitik arayışlar hazırlayır; 4. qanunvericiliyin tələbləri ilə bazar iştirakçılarının faktiki davranışı arasında uyğunsuzluqları, habelə nəzarət mexanizmlərində boşluqları aşkar edir və aşkar edilmiş boşluqlar üzrə əsaslandırılmış təkliflər hazırlayır; 5. sığorta bazarının məruz qaldığı riskləri təhlil edir, qiymətləndirir və onların aradan qaldırılması üzrə təkliflər verir; 6. normativ və metodoloji dəyişiklik təşəbbüsləri üzrə təklif olunan dəyişikliklərin təsirini təhlil edir; 7. dəyişiklik təşəbbüsləri üzrə alternativ həll ssenarilərini müəyyən edərək müqayisə edir, hər bir ssenari üzrə ölçülə bilən nəticələr və risk matrisi hazırlayır; 8. daxil olan təkliflər və rəylər üzrə analitik arayışlar hazırlayır; 9. səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə baxır, sorğu və məktublara cavab layihələrini hazırlayır; 10. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Requirements

  • Ali təhsil və azı 2 il iş stajı ((hüquq üzrə təhsil və sığorta sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir); · Analitik düşüncə və strateji baxış qabiliyyəti; · Analitik yazı bacarığı; · MS Office proqramlarından istifadə bacarığı; · Excel-də böyük həcmli məlumatlarla işləmək bacarığı; · Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini sərbəst bilmək
Back