Mexanizasiya üzrə koordinator(Sabirabad)
Təsvir
Filiallar üzrə texnoloji proseslərə hazırlıq məqsədilə ehtiyat hissələrinin siyahılarının hazırlanması, yoxlanması və təsdiqlənməsi; Filialların illik və mövsümi əməliyyat planlarına uyğun olaraq texnika və aqreqatlar üçün ehtiyat hissələri üzrə toplum sifarişlərinin formalaşdırılması və təqdim edilməsi; Toplum və adi sifarişlərin alış prosesinin izlənməsi, tədarük mərhələlərinin vaxtında tamamlanmasına nəzarət; Alış prosesi yekunlaşdıqdan sonra alınan ehtiyat hissələrinin bölgü siyahılarının tərtib edilməsi və filiallara yönləndirilməsi; Filiallarda mövcud olan emal texnikalarının işinin təşkili, texniki xidmət, təmir və servis proseslərinin koordinasiyası; Üçüncü tərəf servis şirkətləri ilə əməkdaşlıq çərçivəsində təmir və texniki xidmət işlərinin düzgün icrasına nəzarət; Filiallarda aparılan təmir proseslərinin operativ izlənməsi, ehtiyat hissələri üzrə daxil olan tələblərin texniki və iqtisadi baxımdan doğruluğunun yoxlanması; Kombayn Təmir Mərkəzlərinin (KTM) fəaliyyətinin təşkilində iştirak etmək, təmir və texniki xidmət proseslərinin sənədləşdirilməsinə nəzarət; Texnikaların mövsümi hazırlıq vəziyyətinə dair aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; Ehtiyat hissələri üzrə anbar qalığı və dövriyyə məlumatlarının təhlili, təkmilləşdirmə üzrə təkliflərin hazırlanması; Təmir və texniki xidmət proseslərində keyfiyyət standartlarının qorunmasına, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət.
Requirements
- Ali texniki təhsil (mexanizasiya, aqrotexnologiya, mühəndislik və ya əlaqədar sahələr üzrə); Minimum 8 il iş təcrübəsi, o cümlədən kənd təsərrüfatı texnikaları və mexanizasiya sahəsində rəhbər və ya koordinator vəzifəsində təcrübə üstünlükdür; Ehtiyat hissələri, texniki xidmət və təmir prosesləri üzrə praktiki biliklər; Analitik düşüncə və operativ qərarvermə bacarığı, texniki nasazlıqların səbəb-nəticə əlaqəsini təhlil edə bilmək; Planlaşdırma və koordinasiya bacarığı, çoxşaxəli iş axınlarını eyni zamanda idarəetmə qabiliyyəti; Komanda ilə işləmək, müxtəlif filial və bölmələrlə effektiv qarşılıqlı əlaqə qurmaq bacarığı; Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı, texniki hesabatların hazırlanması bacarığı; MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı; Ezamiyyətlərə və filiallararası səyahətlərə hazır olmaq.