Rəqəmsal KOS, Pərakəndə və Özəl Bankçılıq üzrə Kredit Risk Anderrayteri
Təsvir
Rəqəmsal Kreditləşmə (Kiçik və Orta Sahibkarlıq üzrə), Pərakəndə Bankçılıq, Özəl Bankçılıq və Skorinq Modellər üzrə kredit sifarişlərinə baxılması, kredit risklərinin anderraytinqinin təmin edilməsi və risklərin yumşaldılması məqsədilə müvafiq təkliflərin verilməsi; Kredit sifarişləri üzrə borcalanla v ə Bankın müvafiq daxili strukturları ilə peşəkar ünsiyyətin qurulması, məlumatların alınması və verifikasiyası; Ötürülmüş səlahiyyətlər çərçivəsində kredit sifarişləri ilə bağlı rəy və ya qərarın verilməsi, icrasına nəzarət edilməsi; Kredit sifarişləri üzrə müvafiq ərizə formalarının doldurulması və kredit reytinq cədvəllərindən istifadə edərək, kredit reytinqinin təyin olunması; Funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.
Requirements
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili. İş təcrübəsi: Biznes kreditləri, maliyyə təhlili və risk sahələrində minimum 2 il iş təcrübəsi Lisenziya/ Sertifikat: Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatın (ACCA və s.) olması üstünlükdür. Xarici dil: ingilis dili (səlis) və rus dili (orta) bilikli namizədlərə üstünlük verilir. Kompüter bilikləri: Microsoft Office Digər: Bank qanunvericiliyi və requlyator tələblərlə bağlı biliklər