Vacancies
XB

Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin aparıcı/böyük/baş mütəxəssisi

Xalq Bank

Təsvir

Bankda risklərin idarə edilməsi prosesisinin çərçivəsini müəyyən edən normativ sənəd bazasını hazırlamaq; Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanı təşkil etmək; Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılması üzrə metod və modellərin seçilməsi, tətbiqi üçün təkliflər vermək və qərarların qəbul olunmasında iştirak etmək; RCM yaradılması və davamlı nəzarəti prosesini həyata keçirmək; İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasını təmin etmək; Yaradılan yeni məhsul/xidmət, biznes proses, layihələrin risk əsaslı təhlilində iştirak etmək və qarşısının alınması üzrə təkliflər vermək ; Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy vermək; Bankda risk mədəniyyətinin artırılması məqsədilə maarifləndirmə işlərini həyata keçirmək; Risklərin idarə edilməsinə dair hesabatlıq, məlumat və sənədlərin hazırlanmasını təşkil etmək; İdarənin və Bankın Riskləri İdarəetmə Komitəsinə müzakirəyə təqdim olunan məsələləri kordinasiya etmək və müvafiq məlumatların Komitəyə tam və dolğun şəkildə təqdimatını təşkil etmək; Strateji risklərin idarə edilməsinə dair proseslərdə iştirak etmək, rəy və təkliflər vermək; Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi sistemi və nəzarət tədbirlərinin effektivliyinin artırılması üçün təkliflər vermək ;

Requirements

  • İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili; Xarici dil bilikləri (ingilis dili -zəruri); MS Ofis proqramları ilə işləmə bacarığı; Digər proqram təminatları ilə işləmə arzuolunandır. Bank və ya maliyyə sahəsində azı 3-6 il iş təcrübəsi; Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik bilikləri; Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və digər aktlar üzrə biliklər, habelə beynəlxalq nəzəri və praktiki biliklər; İşdə dəqiqlik və detallara fikirvermə bacarığı; Analitik düşünmə, mühakimə, koordinasiya və hesabatlarla işləmə bacarıqları; Ünsiyyət və əməkdaşlıq bacarığı; ERM üzrə təcrübə, bilik və bacarıqlar; ESG üzrə biliklər arzuolunandır; CERM, ISO 31000, PRM, CFA, FRM və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır.
Back