Vacancies
CO

Satış Meneceri (Biostimulyator və Bioprotektorlar üzrə)

Company

Sahə: Aqrar / Kənd təsərrüfatı İşin Təsviri: Şirkətimiz aqrar sektorda innovativ bitki qidalanması və mühafizəsi məhsullarının ( biostimulyatorlar və bioprotektorlar ) satışı sahəsində təcrübəli, dinamik və nəticəyönümlü Satış Meneceri axtarışındadır. Müvafiq namizəd mövcud müştəri bazasını idarə etməli və yeni bazar payı qazanmaq üçün aktiv satış strategiyaları həyata keçirməlidir.

Responsibilities

  • Biostimulyator və bioprotektor qrupuna daxil olan məhsulların aktiv satışını təşkil etmək;
  • Potensial müştəriləri (fermerlər, aqro-mağazalar, iri kənd təsərrüfatı müəssisələri) müəyyən etmək və onlarla işgüzar əlaqələr qurmaq;
  • Müəyyən olunmuş illik satış plan və hədəflərini icra etmək;
  • Satış hesabatlarını mütəmadi olaraq rəhbərliyə təqdim etmək.
  • Namizədə Dair

Requirements

  • Aqronomluq, kimya və ya biznesin idarə edilməsi sahəsində ali/orta ixtisas təhsili (Aqrar sahədə təhsil arzuolunandır);
  • Biostimulyatorlar, bioprotektorlar və ya digər bitki mühafizə vasitələrinin satışı sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Güclü danışıqlar aparmaq, təqdimat və inandırma bacarıqları;
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) və aktiv idarəetmə bacarığı (Ezamiyyətlər üçün).
  • Təklif edirik: Şirkətimiz yüksək performans göstərən əməkdaşlar üçün rəqabətədavamlı gəlir və şəffaf bonus sistemi təklif edir: Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq + Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
  • Satış Bonusu: Şirkətin daxili əsasnaməsinə uyğun olaraq, təyin edilmiş illik satış hədəflərini və KPI göstəricilərini uğurla yerinə yetirən əməkdaşlara ilin yekununda müvafiq bonusların ödənilməsi nəzərdə tutulmuşdur;
  • Korporativ nömrə və yanacaq təminatı.
  • İş ünvanı: Bakı, Nərimanov rayonu, Aztex plaza Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış Meneceri (Biostimulyator)" qeyd etməklə
Back