Aparıcı biznes analitik
Təsvir
- Rəqəmsal yetkinliyin qiymətləndirilməsində dəstək olunması və məlumatların toplanılması; - Rəqəmsallaşma layihələrində tərəfdaşlarla görüşlərdə iştirak edilməsi və qeydlərin hazırlanması; - Layihələrin təhlilində kömək edilməsi, məlumat toplanması və icra prosesində iştirak edilməsi; - BPMN, UML və digər metodlarla diaqramların hazırlanması və texniki sənədlərin hazırlanmasına dəstək verilməsi; - G2G, G2B, G2C biznes modellərinin anlaşılması və mövcud layihələr üçün həll təkliflərinin verilməsi; - Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində icra və dəstək səviyyəsində iştirak edilməsi; - Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər hazırlamağa dəstək verilməsi; - Sistem dizaynı tələblərinin müəyyənləşdirilməsi və dizayn prosesində dəstək olunması; - Şöbə müdirinin və departament rəhbərliyinin texniki tapşırıqlarının icra edilməsi və hesabat verilməsi; - Yeni texnologiyalar, rəqəmsal trendlər və beynəlxalq təcrübələri araşdıraraq mövcud layihələrdə tətbiqi ilə bağlı tövsiyələrin verilməsi; - Mövcud biznes proseslərinin və rəqəmsal həllərin təhlilində dəstək olunması və avtomatlaşdırma üçün təkliflərin hazırlanması; - Verilənlər bazası üzrə sorğuların aparılması və məlumatların təhlilinə dəstək verilməsi; - Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunması; - Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması; - Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Требования
- ali təhsil (rəqəmsal transformasiya, informasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem analizi, dizayn və ya müvafiq sahələr); - Biznes proses analizi və rəqəmsal transformasiya sahəsində ən azı 3–4 il iş stajı; - biznes proses modelləşdirmə dilləri (BPMN, UML); - API inteqrasiyası və məlumat mübadiləsi prinsipləri barədə anlayış; - SQL və ya digər verilənlər bazası sistemləri üzrə baza bilikləri; - analitik düşüncə və problem həll etmə qabiliyyəti; - istifadəçi tələblərinin toplanması və sənədləşdirilməsi; - vizual diaqramlar və prototiplərin hazırlanması; - komanda ilə işləmə və effektiv ünsiyyətqurma; - yaradıcı yanaşma, dəqiqlik, məsuliyyət, dəyişikliklərə adaptasiya bacarığı; - dəyişikliklərə uyğunlaşma bacarığı; - azərbaycan dili – sərbəst; İngilis dili – texniki sənədləşdirmə və peşəkar ünsiyyət səviyyəsində; Rus dili üstünlükdür; - Figma, Jira, Confluence kimi alətlərlə işləmə bacarığı; - sistem dizayn biliklərinin olması; - BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarıqları; - dataları sorğulayaraq onları analiz edib mövcud proseslərdə dəyişiklik tələblərinin çıxarılması; - Agile/Scrum və ya Waterfall metodologiyaları barədə bilik; - ixtisas üzrə beynəlxalq sertifikatların olması üstünlükdür; - Fərqli domenlərdə Rəqəmsallaşma, İT Biznes Analitik kimi iş təcrübəsinin olması (məsələn: Rəqəmsal Dövlət, Rəqəmsal Bankçılıq, FinTech və s.)