Вакансии
CO

Aparıcı mühasib

Company

Должностные обязанности

  • Müəssisənin mühasibat, vergi və maliyyə uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam, dəqiq və şəffaf şəkildə aparılması;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən bütün növ vergi bəyannamələrinin (ƏDV, Mənfəət/Gəlir, Ödəmə Mənbəyində Vergi (ÖMV), Sadələşdirilmiş Vergi, Əmlak, Torpaq və Yol vergiləri) vaxtında, xətasız tərtib edilməsi və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edilməsi;
  • Elektron Vergi İdarəsi (e-taxes.gov.az) portalında sərbəst və operativ işləmə (e-qaimə fakturaların yazılması Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluq məktublarının vaxtında və qanunvericiliyə müvafiq formada cavablandırılması, üzləşmə aktlarının yoxlanılması;
  • İnternet və Mobil Bankçılıq sistemləri vasitəsilə yerli və beynəlxalq köçürmələrin, əməkhaqqı layihələrinin, vergi və digər dövlət rüsumlarının ödənişlərinin həyata keçirilməsi;
  • Müəssisədaxili ilkin mühasibat sənədlərinin (aktlar, hesab-fakturalar, avans hesabatları, kassa və bank sənədləri) tərtibi, yoxlanılması və arxivləşdirilməsi işinin təşkili.

Требования

  • Yaş 28+ Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil;
  • Qanunvericilik biliyi: Azərbaycan Respublikası Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı;
  • Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə (mürəkkəb düsturlar, hesabat cədvəllərinin qurulması) bilmək;
  • Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı;
  • Müvafiq sahədə ən azı 2 il davamlı iş təcrübəsi.
  • Tikinti müəssisəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.
  • Üstünlüklər: ACCA üzrə ilkin biliklərin olması;
  • PMS sertifikatı olması üstünlükdür İngilis və ya rus dili bilikləri;
  • Excel bilikləri İş şəraiti İş qrafiki: 5 gün Əməkhaqqı: Bilik və bacarıqlara əsasən müsahibə zamanı dəqiqləşdiriləcəkdir.
  • Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
  • Əlaqə: 055 234 85 40
Назад