Вакансии
ŞF

Baş mühasib

Şamaxı Futbol Klubu

İş şəraiti Ünvan: Bakı İş qrafiki - Həftədə 5 iş günü Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq Əsas iş öhdəlikləri: Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına (1C 8.3) daxil edilməsi və ya daxil edilməsinə nəzarət; Aylıq, rüblük və illik olan vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi; Bank və nağd ödənişləri icra etmək və düzgün sənədləşdirilməsini təşkil etmək; Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət olunması; Aylıq əmək haqlarının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması; Maliyyə hesabatlarının hazırlanması; Rəhbərlik tərəfindən verilən sair iş təlimatlarının icra edilməsi. Əsas bilik və bacarıqlar: Mühasibat uçotu, vergi, iqtisadiyyat və ya maliyyə sahəsində ali təhsil; Mühasibat uçotu və maliyyə sahəsində minimum 3 (üç) il iş tərcübəsi; Azərbaycan Respublikası Vergi Məcəlləsi üzrə yetərli biliklərin olması; Bütün vergi və digər dövlət qurumları üzrə verilən hesabatların hazırlanmasında təcrübənin olması; MS Office proqramları üzrə bacarıqların olması (Xüsusilə Excel); Azərbaycan (yüksək səviyyədə) və ingilis (orta) dillərini bilmək; (Rus dilini bilmək arzuolunandır); 1C mühasibat proqramı üzrə təcrübənin olması arzuolunandır; Mühasibat uçotu üzrə beynəlxalq sertifikat imtahanlarında (ACCA, CİMA və s.) nəticələrin olması arzuolunandır; Mühasibat uçotu siyasəti və prosedurları barədə biliklərin olması; Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqlarının olması.

Назад