Вакансии
PC

Baş mühəndis(Şirvan şəhəri)

Prime Cotton

Təsvir

1. Müəssisənin emal sahəsinə, müəssisə ərazisində işləyən bütün avadanlıq və aqreqatların işləməsinə tam rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır. 2. Müəssisənin tədarük və emal proseslərinin ardıcıllığının pozulmamasını təmin edir. 3. Emal sahəsinin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən edir. 4. Emalın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir. 5. Buraxılan məhsulların keyfiyyətinə nəzarət və yaxşılaşdırılmasını təmin edir. 6. Təmir dövründə bütün avadanlıqların işlək olmasını yoxlamalıdır. 7. Texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir. 8. Texniki sənədləşmənin vaxtında həyata keçirilməsini təmin edir 9. Növbə işinin təşkil edilməsini, növbə işçilərinin intizam qaydalarına nəzarət etməyi və SƏTƏM qaydalarına uyğun işləmələrinə nəzarət edir. 10. Tabeliyində olan işçilərin seçimində iştirak edir. 11. İstehsalat proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsini həyata keçirir. 12. Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.

Требования

  • Kənd təsərrüfatı mühəndisliyi, mexanika mühəndisliyi və ya oxşar sahədə bakalavr dərəcəsi. Kənd təsərrüfatı sənayesində ən azı 7-10 il mühəndislik təcrübəsi. Texniki layihələndirmə proqramları (məsələn, AutoCAD, SolidWorks) ilə səlis işləmə bacarığı. Kənd təsərrüfatı texnikasının və avadanlıqlarının iş prinsipləri haqqında dərin bilik. Layihə idarəetmə prinsipləri və büdcələşdirmə təcrübəsi. İrrigasiya, su təchizatı və torpaqşünaslıq sistemləri haqqında bilik. Texniki komandalara rəhbərlik etmə və mürəkkəb layihələri idarə etmə bacarığı. Problem həll etmə və analitik düşüncə bacarıqları. Texniki standartlar və təhlükəsizlik qaydaları haqqında bilik. Əla ünsiyyət və hesabat hazırlama bacarıqları. Dəyişən iş şəraitinə uyğunlaşma və innovasiyalara açıqlıq. Peşəkar mühəndislik sertifikatı (arzuolunandır).
Назад
PC
Baş mühəndis(Şirvan şəhəri)
Prime Cotton
Откликнуться
Опубликовано: 03 июля 2026
Дедлайн: 07 августа 2026
Компания Prime Cotton
Страна Азербайджан
Город Ширван
Уровень Gənc mütəxəssis
ID источника 70631918
Просмотры 15

Detail.Share