Вакансии
KH

Brend kommunikasiyaları şöbəsinin rəhbəri

Kontakt Home

Təsvir Brend mövqeləndirilməsi və kommunikasiya strategiyasının, eləcə də büdcəsinin planlaşdırılması, idarə olunması və monitorinqi; Brend Kommunikasiyaları komandası üçün məqsədlərin müəyyən edilməsi və komanda üzvlərinin fəaliyyətinin monitorinqi; Brendin bazarda fərqləndirilməsini və yadda qalmasını gücləndirən təşəbbüslərin həyata keçirilməsi; Brend Kommunikasiyaları fəaliyyyətinin effektivliyi üzrə hesabatların təqdim edilməsi/media və PR münasibətlərinin idarə olunması; Media ilə uzunmüddətli və etibarlı münasibətlərin qurulması və inkişaf etdirilməsi; PR strategiyasının hazırlanması və həyata keçirilməsi; Mətbuat relizləri, müsahibələr və media çıxışlarının koordinasiyası; Brend reputasiyasının qorunması və potensial kommunikasiya risklərinin idarə olunması/tədbirlər və brend aktivliklərinin idarə edilməsi; Müxtəlif istiqamətli tədbirlərin (BTL kampaniyaları, reklam kampaniyaları, açılış mərasimləri, təqdimatlar, mətbuat konfransları, brifinqlər, press-turlar və s.) planlaşdırılması və təşkilinə rəhbərlik edilməsi, monitorinqi və effektivliyinin qiymətləndirilməsi; Tədbirlərin brend strategiyasına və kommunikasiya məqsədlərinə uyğunluğunun təmin edilməsi; Tədbir formatlarının inkişaf etdirilməsi və auditoriya ilə emosional əlaqə yaradan təcrübələrin formalaşdırılması/ KSM və sponsorluq layihələrinin idarə edilməsi; Şirkətin KSM (Korporativ Sosial Məsuliyyət) strategiyasının inkişaf etdirilməsi, strategiyaya uyğun sosial layihələrin təşkili və idarə olunması; Sosial və ictimai təşəbbüslər vasitəsilə brend reputasiyasının gücləndirilməsi; Sponsorluq layihələrinin seçimi, qiymətləndirilməsi və koordinasiyası/ daxili kommunikasiyalara dəstək göstərilməsi; HR departamentinin Daxili Kommunikasiyalar bölməsi ilə birlikdə əməkdaşlara yönəlik BK layihələrinin həyata keçirilməsi; Şirkətin “employer branding” təşəbbüslərinin dəstəklənməsi və daxili imicinin gücləndirilməsi; Əməkdaşların cəlb olunmasını və korporativ mədəniyyətin gücləndirilməsini hədəfləyən “Kontakt Life” xüsusi layihəsinin strategiyasının hazırlanması, idarə olunması və monitorinqi; Əməkdaş bağlılığını artırmaq və şirkət dəyərlərini möhkəmləndirmək məqsədilə daxili kommunikasiya kampaniyalarının və kontentin hazırlanması.

Требования

  • Ali təhsil (Marketinq, PR və ya oxşar sahələr);
  • Brend kommunikasiyaları, PR və ya marketinq sahəsində minimum 5–7 il iş təcrübəsi;
  • Media, tədbirlər və PR layihələrinin idarə olunması üzrə təcrübə;
  • Azərbaycan dili – mükəmməl;
  • rus və ya ingilis dili üstünlükdür;
  • Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
  • Strateji düşüncə və kompleks kommunikasiya layihələrini idarə etmə bacarığı;
  • Komanda idarəçiliyi və layihə koordinasiyası təcrübəsi;
  • Yüksək təşkilatçılıq bacarığı və detallara diqqət;
  • Brend reputasiyası və ictimai kommunikasiya prinsiplərini yaxşı anlama.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Назад