FB
Chef de Cuisine (Banquet Chef)
Fairmont Baku
Должностные обязанности
- Otelin banket mətbəxinin bütün gündəlik fəaliyyətinə rəhbərlik etmək və iş proseslərini təşkil etmək.
- Toy, konfrans, korporativ tədbirlər, VIP qəbullar və digər xüsusi tədbirlər üçün menyuların hazırlanmasını və icrasını təmin etmək.
- Banket sifarişlərinə (BEO – Banquet Event Order) əsasən istehsal planlamasını həyata keçirmək.
- Tədbirlərin qonaq sayına uyğun olaraq hazırlıq, bişirmə və təqdimat proseslərini koordinasiya etmək.
- Otelin kulinariya standartlarına uyğun olaraq yeməklərin keyfiyyətinə, dadına, təqdimatına və porsiya standartlarına nəzarət etmək.
- Executive Chef və F&B şöbəsi ilə əməkdaşlıq edərək menyu planlamasında iştirak etmək.
- Banket mətbəxi üçün iş qrafiklərini hazırlamaq, əmək bölgüsünü aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək.
- Aşpazların və mətbəx əməkdaşlarının peşəkar inkişafını təmin etmək, təlimlər keçirmək.
- Xammal sifarişlərini hazırlamaq, məhsul qəbuluna, düzgün saxlanmasına və istifadəsinə nəzarət etmək.
- Food Cost, məhsul sərfiyyatı və tullantıların idarə olunmasına nəzarət etmək.
- Büdcə və otelin maliyyə prosedurlarına uyğun fəaliyyət göstərmək.
- HACCP, ISO qida təhlükəsizliyi standartları, gigiyena və sanitariya qaydalarının tətbiqinə nəzarət etmək.
- Mətbəxin təmizliyi, avadanlıqların düzgün istifadəsi və iş təhlükəsizliyi qaydalarının yerinə yetirilməsini təmin etmək.
- Servis komandası ilə koordinasiyalı işləyərək tədbirlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsini təmin etmək.
- Qonaq rəylərini, tədbir nəticələrini və keyfiyyət göstəricilərini təhlil etmək.
- Yeni kulinariya konsepsiyalarının, banket menyularının və təqdimat üslublarının hazırlanmasında iştirak etmək.
- Otelin daxili prosedurlarına, brend standartlarına və xidmət keyfiyyəti tələblərinə riayət etmək.
- Fövqəladə vəziyyətlərdə operativ qərarlar qəbul etmək və mətbəx əməliyyatlarının davamlılığını təmin etmək.
Требования
- 4–5 ulduzlu otel və ya böyük həcmli banket mətbəxində iş təcrübəsi.
- Chef de Cuisine, Banquet Chef və ya Sous Chef səviyyəsində rəhbərlik təcrübəsi.
- Beynəlxalq mətbəx standartları və banket istehsal prosesləri üzrə bilik.
- Komanda idarəetməsi və liderlik bacarığı.
- HACCP və qida təhlükəsizliyi standartları üzrə bilik.
- Yüksək həcmdə istehsal planlaması və vaxt idarəetməsi bacarığı.
- Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .