Вакансии
XB

Daxili Audit İdarəsinin İnformasiya texnologiyaları auditi şöbəsinin auditoru

Xalq Bank

Təsvir

· İllik audit planına əsasən Bankın funksional İT struktur bölmələrinin auditini aparmaq; · B ank üzrə informasiya sistemlərində və avtomatlaşdırılmış əməliyyat proseslərində daxili nəzarət sisteminin effektivliyinin, adekvatlığının yoxlanılmasını və qiymətləndirilməsini təmin etmək; · İnformasiya texnologiyaları sahəsində mövcud olan riskləri müəyyən etmək və həlli ilə bağlı müvafiq tövsiyələr vermək; · Bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasında iştrak etmək; · İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Требования

  • A li magistr təhsili; · Müvafiq sahə üzrə minimum 1 il, və ya informasiya texnologiyaları, informasiya təhlükəsizliyi (kiber təhlükəsizlik) sahəsində minimum 2 il təcrübə; · Azərbaycan dili mükəmməl, İngilis dilini isə orta səviyyədə bilmək zəruridir; · Müvafiq sahə üzrə mövcud olan çərçivələr və standartlar (ITIL, COBIT, ISO 27001, PCI DSS, NIST və s.) haqqında biliklərə malik olan namizədlərə üstünlük veriləcəkdir; · İnformasiya sistemlərinin idarə olunması üzrə iş təcrübəsi; · İnformasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları haqqında biliklərin olması; · İT və təhlükəsizlik prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları və uyğunluq tələbləri haqqında biliklər; · Müxtəlif maraqlı tərəflərlə səmərəli qarşılıqlı əlaqə yaratmaq üçün həm yazılı, həm də şifahi olmaqla güclü ünsiyyət bacarıqlarının olması; · Analitik təfəkkür, təhlil və risklərin müəyyən edilməsi bacarığı; · Hesabatların tərtib edilməsi üzrə bilik və bacarıqlar.
Назад