Dizayn menecer
Təsvir
· Layihələrin ilkin mərhələlərində detallı araştırma etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək, · Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək, · Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək, · Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək, · İlkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək, · Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək, · Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq, · Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək; · Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək; · İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək; · Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; · Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək; · Şöbənin Memarlarının (Memar köməkçi, Memar, Aparıcı Memar, Baş Memar) vəzifilərini təyin etmək, koordinasiyanı təmin etmək və idarə etmək. Ehtiyac olduğu halda Layihələrə təhkim olunan memarlar ilə koordinasiyanı təmin etmək; · Şöbə daxili Fənn üzrə rəhbərlər və Baş mühəndislər ilə birgə işləmək və fənlər arası koordinasiyanı təmin etmək; · Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi; · Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi; · Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Требования
- Ali təhsil : Memarlıq ixtisası üzrə; · İş təcrübəsi : Müvafiq sahə üzrə azı 7 il (tikinti və ofis); · Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, SNİP, BS, EN, ASHRAE, SMACNA, NFPA, BIM; · Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı; · Kompüter bilikləri: MS Office, AutoCAD, Revit; · Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.