Вакансии
"H

Embraer/ Airbus hava gəmilərinin sənədləşmə və sertifikasiyası üzrə mühəndis

"Azərbaycan Hava Yolları" QSC

Təsvir

Kağız və rəqəmsal formatda FCOM, QRH, AOM, MEL, W&B və FM texniki sənədlərinin əldə olunmasına, hazırlanmasına və idarə edilməsinə nəzarət etmək; Təyyarələrdə istifadə olunan texniki sənədlərin yenilənməsi prosesini koordinasiya etmək və bu istiqamətdə zəruri tədbirləri həyata keçirmək; Embraer tipli hava gəmilərində istifadə olunan elektron daşıyıcılardakı proqram təminatının idarə edilməsinə nəzarət etmək; Texniki sənədlər üzrə kitabxana fəaliyyətinin təşkilini, yenilənməsini və monitorinqini təmin etmək; Yeni istismara qəbul edilən hava gəmiləri üçün tələb olunan qanuni sənədlərin hazırlanmasını və xüsusi icazələrin alınmasını koordinasiya etmək; Təyyarələrə aid qanuni sənədlərin qüvvədə olma müddətlərini izləmək və onların vaxtında yenilənməsini təmin etmək; Təyyarələrdə mövcud qanuni sənədlərin mütəmadi yoxlanılmasını həyata keçirmək və köhnəlmiş və ya etibarlılıq müddəti bitmiş sənədləri müəyyən edərək yenilənməsini təmin etmək; İngilis dilində yayımlanan cari texniki və əməliyyat məlumatlarını izləmək, təhlil etmək və müvafiq mütəxəssislərə operativ şəkildə çatdırmaq; Şöbə rəisinin verdiyi tapşırıq və göstərişləri müəyyən edilmiş müddətdə və tam şəkildə yerinə yetirmək.

Требования

  • Təhsil: Bakalavr dərəcəsi (Milli Aviasiya Akademiyasının məzunlarına üstünlük verilir); Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla; Kompüter bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı; Yazılı və şifahi ünsiyyət bacarıqları; Danışıqların aparılması və effektiv kommunikasiya bacarığı; Analitik düşünmə və qərarvermə bacarığı; Problem həll etmə bacarığı; Təqdimat hazırlamaq və təqdim etmək bacarığı; Dəyişikliklərə operativ uyğunlaşma bacarığı; Komandada effektiv işləmək bacarığı. İş yeri Heydər Əliyev Beynəlxalq Hava Limanı. İş rejimi 5 günlük iş qrafiki (09:00–18:00).
Назад
"H
Embraer/ Airbus hava gəmilərinin sənədləşmə və sertifikasiyası üzrə mühəndis
"Azərbaycan Hava Yolları" QSC
Откликнуться
Опубликовано: 26 июля 2026
Дедлайн: 06 августа 2026
Страна Азербайджан
Город Баку
ID источника 39646678
Просмотры 15

Detail.Share