Вакансии
PB

Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Edilməsi üzrə Qrup Rəhbəri

PASHA Bank

Təsvir Bankın yeni və mövcud normativ sənədlərinin, həmçinin məhsullarının risk baxımından nəzərdən keçirilməsi prosesinin koordinasiya edilməsi; Ssenari və stress testlərinin seçilməsi, icrasının təşkili və nəticələrinin təqdim olunması; Qeyri-maliyyə riskləri üzrə potensial itkilərin müəyyən edilməsinə nəzarət edilməsi; Əməliyyat risklərinin kapitala təsirinin hesablanmasına nəzarət olunması; Risk İştahası Bəyannaməsi üzrə limit və tolerantlıq səviyyələrinin monitorinqi, pozuntuların izlənilməsi və zəruri dəyişikliklərlə bağlı təkliflərin verilməsi; Qeyri-maliyyə riskləri üzrə hesabatların hazırlanması və təkmilləşdirilməsi; Audit hesabatları üzrə tədbirlərin koordinasiya olunması; Yeni layihə, təşəbbüs və xidmətlər üzrə qeyri-maliyyə risklərinin qiymətləndirilməsi və yekun rəyin verilməsi; PAŞA Group tərəfindən təqdim olunan sənədlərin nəzərdən keçirilməsi prosesinə nəzarət edilməsi; Bank məhsulları üzrə risk və limitlərin müəyyənləşdirilməsi ilə bağlı rəy verilməsi; Qeyri-maliyyə risklərinin idarə olunması üzrə daxili sənədlərin yenilənməsinin və tətbiqinin təmin edilməsi; Qeyri-maliyyə riskləri ilə bağlı layihə və təşəbbüslərin idarə olunması; Risk mədəniyyətinin inkişaf etdirilməsi, aidiyyəti əməkdaşlar üçün təlimlərin təşkili və risk koordinatorları ilə əməkdaşlığın təmin edilməsi; RCSA prosesinin idarə olunması və nəticələrinin təqdim edilməsi; Exit survey və exit interview nəticələrinin təhlili əsasında risk qiymətləndirmələrinin aparılması və nəticələrin mütəmadi olaraq CHRO ilə paylaşılması; Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Требования

  • Təhsil: Maliyyə, İqtisadiyyat, İdarəetmə, Risklərin İdarə Edilməsi və ya digər uyğun sahə üzrə ali təhsil;
  • (Magistr dərəcəsi üstünlükdür) İş təcrübəsi: Bank sektorunda minimum 4 il iş təcrübəsi.
  • Bilik və bacarıqlar: Risklərin qiymətləndirilməsi sahəsində təcrübə;
  • Mərkəzi Bankın normativ tələbləri ilə işləmək bacarığı;
  • Proseslərin təhlili üzrə təcrübə;
  • Daxili nəzarət və ya audit sahəsində təcrübə üstünlükdür;
  • Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarıqları;
  • Layihələrin və işçi qruplarının idarə olunması bacarığı;
  • Hesabat hazırlamaq və təqdim etmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Dil bilikləriİngilis dili;
  • Rus dili üstünlükdür.
  • Kompüter bilikləri: Microsoft Office proqramlarında işləmək bacarığı Əlavə üstünlüklər: Risklərin idarə olunması üzrə peşəkar sertifikatların olması üstünlük hesab olunur.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Назад