Вакансии
PC

Frezerçi

Prime Cotton

Təsvir

Texniki tapşırığa uyğun detalların frezer aparatında dəqiq və keyfiyyətli emalını həyata keçirmək; Freze aparatını işə hazırlamaq, yoxlamaq və texniki baxış keçirmək; Emal zamanı lazım olan kəsici alətləri seçmək və quraşdırmaq; Çertyoj və ölçü cizgilərinə əsasən detalların ölçüsünü yoxlamaq; Avadanlıqların və iş alətlərinin sazlığını qorumaq və nasazlıqları vaxtında ustaya bildirmək; İş yerində səliqə-sahman yaratmaq və texniki təhlükəsizlik qaydalarına əməl etmək; Emal olunmuş məhsulların keyfiyyətinə cavabdeh olmaq; Lazım gəldikdə müxtəlif materialların emalı üçün uyğun kəsmə rejimlərini müəyyənləşdirmək.

Требования

  • Mexaniki emal sahəsində və ya frezer aparatında iş üzrə minimum 3 il iş təcrübəsi; Peşə bacarıqları və bilikləri: Frezer aparatlarının quruluşunu və iş prinsipini bilməlidir; Texniki çertyojları oxuya bilməlidir; Ölçü alətləri (şanpalet, mikrometr, komparator və s.) ilə işləmə bacarığı olmalıdır; Müxtəlif materialların kəsilmə xüsusiyyətlərini bilməlidir; Kəsmə alətlərini düzgün seçmə və quraşdırma bacarığı olmalıdır; İşin keyfiyyətinə diqqət yetirmə və ölçü dəqiqliyini qoruma bacarığı olmalıdır.
Назад