BV
Front-end developer
Bank VTB (Azərbaycan)
Təsvir
İnternet banking layihələrində Frontend Developer kimi iştirak etmək; Vue.js/Nuxt.js əsaslı tətbiqlərin hazırlanması, mövcud komponentlərin dəstəklənməsi, refactor və bug-fix işlərinin icrası; REST API-lərlə inteqrasiya və frontend həllərin hazırlanması; UI/UX dizaynlarının (Figma) responsive və mobil-uyğun interfeysə çevrilməsi; Vuex və ya Pinia vasitəsilə state management və data flow-un idarə edilməsi; Kod optimizasiyası, debugging, code review və GitLab Merge Request proseslərində iştirak; ESLint/Prettier standartlarına uyğun, oxunaqlı və strukturlaşdırılmış kod yazılması; Proqramçılar, biznes analitiklər və digər komanda üzvləri ilə əməkdaşlıq; Layihə və texniki sənədlərin hazırlanmasında iştirak.
Требования
- Texniki ali təhsil; Minimum 3 il Frontend inkişafı üzrə təcrübə (Vue.js 2.x/Nuxt.js 2.x, React.js üstünlükdür); JavaScript (ES6+), TypeScript, HTML5, CSS3/SCSS üzrə güclü biliklər; Vue komponent arxitekturası, Composition API, Vuex və ya Pinia ilə iş təcrübəsi; Nuxt.js strukturu (pages, layouts, middleware, plugins, routing, asyncData/fetch) üzrə biliklər; RESTful API, Axios və ya oxşar HTTP client-lərlə iş təcrübəsi; Git (branching, merge request, conflict resolution) və GitLab iş axını üzrə təcrübə; Webpack, npm, avtomatlaşdırılmış testlər (Jest, Vue Test Utils və s.) üzrə biliklər; Figma ilə işləmə bacarığı; Jira tipli tapşırıq idarəetmə sistemləri ilə tanışlıq; Texniki sənədləri oxumaq üçün kifayət səviyyədə ingilis dili; Detallara diqqət, məsuliyyət, analitik düşüncə, müstəqil və komanda ilə işləmək bacarığı. Əlavə üstünlük verilən bacarıqlar React.js ilə iş təcrübəsi; Bank/maliyyə sektorunda və ya yüksək təhlükəsizlik tələb olunan layihələrdə təcrübə; UnoCSS, Tailwind CSS və ya digər utility-first CSS framework-ləri ilə iş təcrübəsi; i18n (çoxdilli tətbiqlərin hazırlanması) üzrə praktiki təcrübə.