Hüquqşünas
İş barədə məlumat: Şəhər: Bakı Əmək haqqı:1500-2500 Azn Geniş məlumat: Hüquqi şəxslərin dövlət qeydiyyatı, yenidən təşkili və ləğvi ilə bağlı prosedurların həyata keçirilməsi; Nizamnamə, təsis qərarı, etibarnamə, protokol və digər korporativ sənədlərin hazırlanması; Şirkətin barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirləri görmək; Hüquqi risklərin müəyyən edilməsi və onların minimallaşdırılması üzrə təkliflərin verilməsi; Miqrasiya məsələləri üzrə müraciətlərin hazırlanması, təqdim edilməsi və proseslərin izlənilməsi; Şirkətin gündəlik fəaliyyətindən irəli gələn korporativ hüquq məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi və hüquqi risklərin qiymətləndirilməsi; Patent, əmtəə nişanı və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatı ilə bağlı sənədlərin hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi; Müqavilələrin, hüquqi rəylərin, ərizə və müraciətlərin hazırlanması və hüquqi ekspertizasının aparılması;
Требования
- Təhsil: Ali İş təcrübəsi: 3-5 il Hüquq sahəsində ali təhsil;
- Hüquqşünas vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Hüquqi şəxslərin dövlət qeydiyyatı, korporativ dəyişikliklər, miqrasiya hüququ və əqli mülkiyyət hüququ (patentlər) sahələrində praktiki təcrübə;
- Müvafiq dövlət qurumları ilə işləmə və rəsmi prosedurların aparılması üzrə təcrübə;
- Müqavilələrin, ərizələrin, etibarnamələrin, hüquqi rəylərin və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
- Rus və İngilis dillərini sərbəst səviyyədə bilmək;
- Hüquqi araşdırma və təhlil aparmaq bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək təşkilatçılıq bacarığı.
- Maraqlanan namizədlər öz CV-lərini