İnnovasiya və qlobal tərəfdaşlıqlar üzrə aparıcı mütəxəssis (Innovation & Global Partnerships Specialist)
Təsvir
Vençur fəaliyyəti və kraudfandinq maliyyələşməsi istiqamətində normativ hüquqi çərçivənin yaradılması prosesində iştirak etmək; "Texnoloji diaspor"un əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq texnoloji əlaqələrin möhkəmləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi; Beynəlxalq tərəfdaşlıq proqramlarının və birgə layihələrin planlaşdırılması və idarə edilməsi; Xarici ölkələrin innovasiya ekosistemləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi; Qlobal innovasiya şəbəkələri, akselerasiya proqramları və texnopark ekosistemləri ilə partnyor əlaqələrin yaradılması; Beynəlxalq konfrans, forum və tədbirlərdə Agentliyin təmsilçiliyi və networking fəaliyyətləri; Tərəfdaşlıq fəaliyyətləri üzrə hesabatların və analitik materialların hazırlanması; Rəhbərliyin tapşırığı ilə şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələrin yerinə yetirilməsi.
Требования
- Ali təhsil (beynəlxalq münasibətlər, iqtisadiyyat, biznes idarəetməsi, texnologiya siyasəti və ya əlaqəli sahələrdə); Sahə üzrə minimum 2 il iş stajı (beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq inkişafı və ya əlaqəli sahədə); Beynəlxalq innovasiya ekosistemləri və texnologiya transfer mexanizmləri haqqında biliklər; Güclü ünsiyyət, diplomatik danışıq və cross-cultural əməkdaşlıq bacarıqları; Komanda işi, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma; Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – sərbəst səviyyədə (ikinci xarici dilə üstünlük verilir).