İnspektor (Füzuli regionu üzrə)
Təsvir
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına, normativ hüquqi aktlara və beynəlxalq müqavilələrə əməl olunmasına nəzarət etmək; Sərnişin və yük daşımalarının təhlükəsiz təşkilini yoxlamaq; “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərən daşıyıcıların qarşısını almaq; Daşıyıcılar üçün maarifləndirmə işlərini aparmaq və qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək; Sürücülərin iş və istirahət rejiminə, habelə müəyyən edilmiş tariflərə uyğun gediş haqqı ödənişlərinə nəzarət etmək; İnzibati xətaların aşkarlanması və pozuntu törədən şəxslərin məsuliyyətə cəlb edilməsi prosesində iştirak etmək; Aşkar edilmiş uyğunsuzluqlarla bağlı birbaşa rəhbərə mütəmadi hesabatlar təqdim etmək; Xidməti tapşırıqları, o cümlədən regional idarələrə dəstək göstərilməsini və təhkim edilmiş avadanlıqların/nəqliyyat vasitələrinin istismar qaydalarına riayət etməklə icra etmək.
Требования
- Ali təhsil (nəqliyyat sahəsində); Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; MS Windows və MS Office proqramları ilə sərbəst işləmək bacarığı; Qanunvericiliklə (AR Prezidentinin aktları, Nazirlər Kabinetinin qərarları və s.) bağlı tələbləri bilmək və tətbiq etmək bacarığı; Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı. B kateqoriyalı etibarlı sürücülük vəsiqəsinin olması (mütləqdir). Avtomobil nəqliyyatı və logistika sahəsində biliklər üstünlükdür.