"M
Kabel və Konnektor üzrə montajçı texnik
"Zireh" Məhdud Məsuliyyətl Cəmiyyəti
Təsvir
· Fərqli növ kabel və konnektorların peşəkar şəkildə lehimlənməsi, yığılması və montaj işlərinin aparılması; · Test avadanlıqlarının kabel qoşulmalarının (naqillərinin) sxemlərə uyğun qurulması; · Kabel paketlərinin (wiring harnesses) texniki təlimatlara uyğun hazırlanması və quraşdırılması; · PCBA (çap dövrə lövhələri) üzərində zəruri hallarda köməkçi lehimləmə və komponentlərin montajı və sökülməsi işlərinin icrası; · Çoxsaylı layihələrin və yerinə yetirilməli hədəflərin olduğu dinamik və gərgin mühitdə komanda ilə çevik şəkildə işləmək.
Требования
- Orta və ya texniki peşə təhsili; · Kabel pakı (wiring harnesses) və kabellərin/konnektorların lehimlənməsi sahəsində 3 il iş təcrübəsi; · Hərbi sistemlər üçün kabel qoşulmalarının qurulmasında və montajında texnik kimi təcrübə üstünlükdür; · Çertyojları sərbəst oxumaq, elektrik, naqilləndirmə və elektron sxemləri anlamaq biliyi; · IPC/WHMA-A-620 (Kabel qoşulmalarının qəbuledilmə standartları) və ya IPC610 standartları üzrə sertifikat (üstünlükdür); · Texniki sənədlərlə və çertyojlarla işləyə bilmək üçün yaxşı səviyyədə texniki ingilis dili biliyi; · İstehsalat sahəsindəki fərqli iş stansiyaları və şöbələr arasında çevik yerdəyişmə qabiliyyətinə malik olmaq.