Keyfiyyətə Nəzarət üzrə Baş Mütəxəssis (Mexaniki Emal) – Şirvan
Təsvir
Mexaniki emal sahəsində istehsal olunan detalların çertyoj, texniki şərt və normativ sənədlərin tələblərinə uyğunluğuna nəzarət etmək; İlk nümunə (First Piece Inspection) və aralıq nəzarət yoxlamalarının həyata keçirilməsini təşkil etmək; Hazır detalların ölçü, forma, mövqe və səth keyfiyyəti göstəricilərinin yoxlanılmasını təmin etmək; CMM (Coordinate Measuring Machine) vasitəsilə ölçmə proseslərinin təşkilində iştirak etmək; İstehsalat zamanı aşkar edilmiş uyğunsuzluqların sənədləşdirilməsini, araşdırılmasını və uyğunsuz məhsulun idarə edilməsi prosesini koordinasiya etmək; Mexaniki emal proseslərində yaranan keyfiyyət problemlərinin kök səbəb analizini (Root Cause Analysis) aparmaq və düzəldici tədbirlər hazırlamaq; İstehsalat sahələrində texnoloji intizama və təsdiq olunmuş proseslərə əməl edilməsinə nəzarət etmək; Keyfiyyət göstəricilərinin statistik təhlilini aparmaq və rəhbərliyə hesabatlar təqdim etmək; Ölçmə vasitələrinin kalibrlənməsi və dövri yoxlamalarının izlənilməsini təmin etmək; İstehsalat, texnoloji və konstruktor bölmələri ilə qarşılıqlı fəaliyyət göstərərək keyfiyyət problemlərinin operativ həllində iştirak etmək.
Требования
- Təhsil: Metallurgiya, Sənaye mühəndisliyi və ya digər oxşar mühəndislik sahələri üzrə ali təhsil; Təcrübə: Mexaniki emal sahəsində keyfiyyətə nəzarət üzrə minimum 6-7 illik iş təcrübəsi; Texniki biliklər: Konstruktor və texniki sənədlər (çertyojlar), texniki şərtlər və normativ sənədlərlə peşəkar işləmə bacarığı; Mexaniki və qeyri-dağıdıcı sınaqları (NDT) həyata keçirmək bacarığı; Müxtəlif ölçü alətləri və vasitələri ilə dəqiq işləmə qabiliyyəti; CMM (Koordinat Ölçmə Maşını) ilə ölçmə prosesləri haqqında anlayış və ya iş təcrübəsi.