Keyfiyyətə Nəzarət və Sənədləşmə üzrə Mütəxəssis
Təsvir
Vəzifə öhdəlikləri: İnteqrasiya olunmuş Menecment Sistemi (İMS) üzrə sənədlərin (prosedur, reqlament, təlimat və s.) hazırlanmasında, yenilənməsində və reviziya (yenidən baxılma) prosesində aktiv iştirak etmək; Baş vermiş uyğunsuzluqlar və daxil olan şikayətlər üzrə aparılan araşdırmaların nəticələrinə əsasən, müəyyən olunmuş düzəldici və önləyici tədbirlərin icrasına nəzarət etmək; Risklərin reyestrini hazırlamaq, mütəmadi yeniləmək və işlək vəziyyətdə saxlanılmasını təmin etmək; Rəhbərlik tərəfindən müəyyən olunmuş strateji məqsədlərin icrasında və hədəflərə çatılmasında iştirak etmək; Proseslər üzrə müəyyən olunmuş səmərəlilik göstəricilərini (KPI) faktiki göstəricilərlə müqayisə etmək, təhlil aparmaq və nəticələrə dair hesabatlar hazırlamaq; Daxili auditlərin keçirilməsində, həmçinin dövlət və xarici təşkilatlar (sertifikasiya qurumları) tərəfindən keçirilən xarici yoxlamalara hazırlıq işlərində iştirak etmək; İMS rəhbər sənədlərinin ISO 9001 (və digər tətbiq olunan ISO) standartlarının tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri dəyişiklikləri icra etmək; Görülmüş işlər üzrə dövri hesabatlar və vizual təqdimatlar hazırlamaq, rəhbərliyə təqdim etmək. Əmək şəraiti: İş rejimi: 5 günlük (09:00-18:00); İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı; Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə;
Требования
- Təhsil: Ali təhsil; İş təcrübəsi: Müvafiq və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi ; Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint, Outlook) və 1C proqramlarında sərbəst işləmək bacarığı; Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili minimum B2 səviyyəsində; İngilis dili arzuolunandır. Sertifikat və təlimlər: ISO 9001:2015 (Keyfiyyətin İdarə Edilməsi Sistemi – Tələblər); ISO 45001:2018 (Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası – İdarəetmə Sistemi). Şəxsi və peşəkar keyfiyyətlər: Yüksək dürüstlük, məsuliyyət və detallara qarşı diqqətlilik; Təşəbbüskarlıq və güclü təşkilatçılıq qabiliyyəti; Komandada işləmək və kollektivlə effektiv inteqrasiya bacarığı; İşgüzar ünsiyyət və peşəkar etika qaydalarına sahib olmaq.