Вакансии
PB

Kredit Risklərinin Anderraytinqi departamentinin Ənənəvi KOS şöbəsinin Bridge qrupunun Baş kredit risk anderrayteri

PASHA Bank

Təsvir Bankın müvafiq daxili qayda, proses, prosedur və təlimatları ilə bağlı biliklərə yiyələnmək; Kredit təhlilinin aparılması üçün borcalandan müvafiq məlumatların alınması, verifikasiyası və buna uyğun olaraq yaranmış hər hansı sual, məqamların borcalan ilə dəqiqləşdirilməsi; Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilini aparmaq. Kredit sifarişləri üzrə düzgün strukturun verilməsini təmin etmək; Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin yumşaldılması məqsədilə müvafiq təkliflər vermək; Müvafiq SQO tərəfindən ötürülmüş limitlər və ya səlahiyyətlər üzrə Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində müvafiq qərar verici olaraq çıxış etmək; Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq; Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanmasını həyata keçirmək, kredit reytinqini müəyyən etmək və müvafiq qərar vermək; Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək; Kredit Kontrol departamenti tərəfindən təqdim olunan müvafiq kredit reytinq cədvəllərinin yoxlanılması, müştərilərə düzgün kredit reytinqinin təsdiq olunması; Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üzrə anderraytinqin operativ aparılması və vaxtında icra edilməsini həyata keçirmək; Kreditləşmə prosesi üzrə daxili təlimat, struktur, yanaşma və proseslərin təkmilləşdirilməsi məsələlərini qaldırmaq və ya bu məsələlərə müvafiq rəylər vermək.

Требования

  • Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsilinə üstünlük verilir;
  • İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olan şəxslərə üstünlük verilir;
  • Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlara üstünlük verilir;
  • Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) bilikləri olan şəxslərə üstünlük verilir.
  • Kompüter bilikləri: Microsoft Office, Internet Explorer;
  • İqtisadi bazar bilikləri: Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərə sahib olması arzu olunandır;
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator

Требования

  • ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq təcrübəsi kimi biliklərə üstünlük verilir.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Назад