Layihələrin performansı və nəzarəti üzrə baş mütəxəssis
Təsvir Layihələr üzrə komplayens və risk idarəetməsi strategiyasını hazırlamaq və tətbiqində iştirak etmək; Layihələrdə standartlaşdırılmış risk və komplayens proseslərinin formalaşdırılmasını təmin etmək; Rəhbərlik üçün aylıq və rüblük hesabatlar hazırlamaq; Layihələrin daxili prosedurlar, müqavilə öhdəlikləri, texniki normativlər və hüquqi tələblərə uyğun aparılmasını təmin etmək; Komplayens pozuntularını araşdırmaq, düzəldici və qarşısının alınması tədbirlərini hazırlamaq; Daxili və xarici audit proseslərində iştirak etmək və audit nəticələrinin icrasına nəzarət etmək; Layihə sənədlərini komplayens prizmasından qiymətləndirmək; Layihələrdə risklərin müəyyən edilməsi, analizi və prioritetləndirilməsi prosesində iştirak etmək; Risk üzrə tədbir planlarının hazırlanmasını və icrasını təmin etmək; Risk workshop-ların təşkili və idarə edilməsi; Kritik risklər üzrə eskalasiya mexanizmini təmin etmək; Risk reyestrinin aktual saxlanmasına nəzarət etmək; Layihə rəhbərləri ilə birlikdə risk və komplayens strategiyalarını koordinasiya etmək; Layihə komandasına komplayens və risk idarəetməsi üzrə təlimlər keçmək; Komplayens reyestri, risk reyestri və audit izləmə siyahılarını idarə etmək; Key Risk Indicators (KRI) və layihə üzrə KPI-ların hazırlanmasına rəhbərlik etmək; Uyğunsuzluqlar üzrə araşdırma nəticələrini sənədləşdirmək və şöbə rəhbərinə təqdim etmək; Komplayens və risk idarəetməsi üzrə daxili siyasət və prosedurların hazırlanması və yenilənməsi.
Требования
- Ali təhsil: Müvafiq sahə üzrə ali təhsil,Komplayens və risk idarəetməsi üzrə sertifikatlar üstünlükdür;
- İş təcrübəsi: Komplayens və risk idarəetməsi sahəsində azı 5 il iş təcrübəsi,Layihə mühitində iş təcrübəsi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili – səlis,İngilis dili – yaxşı;
- Kompüter bacarıqları: MS Office – yüksək səviyyə,Risk və komplayens platformaları ilə işləmə bacarığı;
- Analitik düşüncə və qərarvermə bacarığı;
- Stressə davamlılıq və çoxlayihəli mühitdə işləmək bacarığı;
- İnkişaf yönümlü yanaşma.
- Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər