Вакансии
FM

Logistika Əməliyyatları üzrə Mütəxəssis (Logistic Operation Specialist)

FS Mackenzie

Biz — FS Mackenzie, logistika və yükdaşıma sahəsində çoxillik təcrübəyə malik beynəlxalq şirkətik. Hazırda Bakı ofisimizdə komandamıza bizimlə birlikdə inkişaf etməyə hazır olan enerjili və iddialı Logistika Əməliyyatları üzrə Mütəxəssisi (Logistic Operation Specialist) axtarırıq.

Почему мы?

  • Tanınmış beynəlxalq şirkətdə sabit və perspektivli iş imkanı İş qrafiki: İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir) (09:00 - 18:00).
  • Rəqabətə davamlı əmək haqqı Rəsmi əmək müqaviləsi Peşəkar və dəstəkçi kollektiv Karyera yüksəlişi imkanları

Должностные обязанности

  • Yüklərin daşınma marşrutlarının, tranzit vaxtının və xərclərinin planlaşdırılması.
  • Beynəlxalq və daxili daşımaların (hava, dəniz, quru) əlaqələndirilməsi.
  • Gömrük sənədləşməsi və yük təqibi proseslərinin icrası.
  • Gündəlik əməliyyat sənədlərinin (hesabatlar, qaimələr) hazırlanması və sistemə daxil edilməsi.
  • Müştərilər və beynəlxalq tərəfdaşlarla peşəkar ünsiyyətin qurulması, problemlərin operativ həlli.

Требования

  • Təhsil: Logistika, Nəqliyyat və ya İdarəetmə üzrə ali təhsil.
  • Təcrübə: Logistika və ya ekspeditor şirkətlərində minimum 1-3 il iş təcrübəsi.
  • Aktivlik,məsuliyyətlilik və nəticəyə yönümlülük Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis ünsiyyət, İngilis dili üstünlük hesab olunur (xarici ofislərlə kommunikasiya üçün).
  • Kompüter bilikləri: Yüksək səviyyədə MS Excel və korporativ proqram təminatı (ERP sistemləri bilənlərə üstünlük verilir).
  • Bacarıqlar: Güclü analitik düşüncə, stresə davamlılıq, çoxşaxəli (multitasking) iş rejimi.
  • Əgər beynəlxalq mühitdə karyera qurmaq, peşəkar inkişaf və yüksəliş imkanı əldə etmək istəyirsinizsə — komandamıza qoşulun! Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Назад
FM
Logistika Əməliyyatları üzrə Mütəxəssis (Logistic Operation Specialist)
FS Mackenzie
Откликнуться
Опубликовано: 28 июня 2026
Дедлайн: 28 июля 2026
Компания FS Mackenzie
Страна Азербайджан
Город Баку
ID источника 144312
Просмотры 2

Detail.Share