Maliyyə Planlaşdırması və Təhlili üzrə baş mütəxəssis
Təsvir
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və konsolidasiyasını həyata keçirmək; İllik büdcənin hazırlanması və dövri maliyyə proqnozlarının yenilənməsi prosesində iştirak etmək; Şöbələr, layihələr və xidmət istiqamətləri üzrə xərclərin bölüşdürülməsi hesablamalarını aparmaq; Layihə və xidmət istiqamətləri üzrə mənfəətlilik təhlillərini hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək; Maliyyə hesabatlarının hazırlanması prosesinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək; Daxili və xarici audit prosesləri üçün maliyyə məlumatlarının və sənədlərinin hazırlanmasını təmin etmək; Rəhbərliyin maliyyə təhlili və hesabatlarla bağlı sorğularını vaxtında icra etmək; Komanda üzvlərinə metodoloji dəstək göstərmək və bilik mübadiləsində iştirak etmək.
Требования
- Təcrübə: Maliyyə planlaşdırması və təhlili, maliyyə analitikası və ya mühasibatlıq sahəsində minimum 4-6 il iş təcrübəsi; Təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil; Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis dili – yaxşı; Rus dili – üstünlükdür; Maliyyə planlaşdırması, büdcələşdirmə, proqnozlaşdırma və MHBS (IFRS) üzrə bilik və praktiki təcrübə; Microsoft Excel proqramını yüksək səviyyədə bilmək; ERP sistemləri və BI alətləri (Power BI və s.) ilə iş təcrübəsi üstünlükdür; ACCA, CPA, CFA, CIMA, FMVA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil alan və ya sertifikata sahib namizədlərə üstünlük verilir; Güclü analitik düşünmə, problem həll etmə, detallara diqqət və effektiv ünsiyyət bacarıqları.