Mühasibatlıq və Vergi Baş mütəxəssis
Təsvir Bank üzrə bütün vergi növlərinin (Mənfəət vergisi, ƏDV, ÖMV, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədar vergilər və s.) düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət etmək; Vergi bəyannamələrinin və digər vergi hesabatlarının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə düzgün hazırlanmasını və təqdim edilməsini təmin etmək; Vergi uçotunun Vergi Məcəlləsinə və Bankın daxili siyasətlərinə uyğun aparılmasına nəzarət etmək; Mühasibat uçotu ilə vergi uçotu arasında yaranan fərqləri təhlil etmək və düzgün əks etdirilməsini təmin etmək; Vergi risklərini müəyyən etmək, qiymətləndirmək və onların minimallaşdırılması üzrə təkliflər hazırlamaq Bankın struktur bölmələrinə vergi məsələləri üzrə metodoloji dəstək və məsləhətlər vermək; Yeni məhsulların, layihələrin və biznes təşəbbüslərinin vergi aspektindən təhlilində iştirak etmək; Müqavilələrin vergi və mühasibatlıq baxımından ekspertizasını həyata keçirmək və rəy vermək; Vergi orqanları ilə yazışmaları hazırlamaq, sorğulara cavab vermək və rəsmi mövqelərin alınmasını koordinasiya etmək; Vergi yoxlamaları, daxili audit, xarici audit və digər nəzarət tədbirlərində Bankı təmsil etmək, tələb olunan məlumatları təqdim etmək; Vergi güzəştlərinin və beynəlxalq ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiq imkanlarını qiymətləndirmək və tətbiqini təmin etmək; Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, təsirlərini qiymətləndirmək və aidiyyəti bölmələri məlumatlandırmaq; Vergi proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması layihələrində iştirak etmək, yeni həllər üzrə
Требования
- hazırlamaq;
- ERP və digər informasiya sistemlərində vergi tələblərinin düzgün tətbiqinə dəstək vermək;
- Vergi hesablamaları üzrə analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Ay sonu və il sonu bağlanış proseslərində vergi hissəsinin düzgün və vaxtında tamamlanmasını təmin etmək;
Требования
- Təhsil: Maliyyə, Mühasibatlıq, Vergi və ya İqtisadiyyat üzrə ali təhsil.
- İş təcrübəsi: Vergi və ya mühasibatlıq sahəsində minimum 5 il, bank sektorunda təcrübəyə üstünlük verilir.
- Sertifikatlar: ACCA (F6/TX, DipIFR üstünlükdür), CAP/CIPA və ya digər beynəlxalq peşəkar sertifikatlar üstünlük hesab edilir.
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (üstünlükdür).
- Kompüter bilikləri: MS Excel (yüksək səviyyədə), ERP sistemləri (SAP, Oracle və s.)- arzu olunandır, Power BI üstünlükdür.
- Digər bacarıqlar: Analitik düşüncə, qanunvericiliyin təhlili, problem həll etmə, təqdimat və yazılı ünsiyyət bacarığı, layihələrin idarə olunması, komandalararası əməkdaşlıq.
- Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (yüksək səviyyədə);
- "Mühasibat uçotu haqqında" Qanun;
- MHBS (xüsusilə IAS 12, IFRS 9 və IFRIC şərhləri üzrə baza bilikləri);
- Mərkəzi Bankın banklar üçün normativ tələbləri.
- Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər