Вакансии
ME

Planlama mütəxəssisi

METAK

İşin təsviri Satış proqnozları, istehsal planları və tarixi məlumatlar əsasında material tələbatını analiz etmək; Aylıq və həftəlik istehsal planlarını (MPS) hazırlamaq və icrasına nəzarət etmək; Material ehtiyaclarının planlaşdırılmasını (MRP) həyata keçirmək və sistemdə müvafiq tələbləri açmaq; Xammal, material və hazır məhsul ehtiyatlarının yetərliliyini mütəmadi izləmək; İstehsal prosesini gündəlik monitorinq etmək, plan və fakt göstəricilərini müqayisə etmək; Xaricdən idxal olunan hazır məhsullar üzrə sifariş planlaşdırılmasını həyata keçirmək; ERP sistemində istehsal və tədarük proseslərinə aid məlumatların düzgünlüyünə nəzarət etmək; Analitik hesabatlar hazırlamaq və digər şöbələrdən daxil olan sorğuları operativ cavablandırmaq; İstehsal və planlama proseslərinin optimallaşdırılması üzrə təkliflər vermək; Təchizat, Satış, Anbar və digər aidiyyəti şöbələrlə effektiv koordinasiyanı təmin etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Требования

  • Ali təhsil (İqtisadiyyat və ya Texniki ixtisas) İstehsal planlaması sahəsində minimum 2 il iş təcrübəsi (təchizat və ya idxal planlaması təcrübəsi üstünlükdür);
  • MRP anlayışı və ERP sistemləri ilə işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Microsoft Excel-i yüksək səviyyədə bilmək (Power BI biliyi üstünlükdür);
  • Güclü analitik və riyazi düşünmə bacarığı;
  • İstehsalat prosesləri və mal-material dövriyyəsi haqqında bilik;
  • Dəqiqlik, məsuliyyət və detallara yüksək diqqət;
  • Komanda daxilində və şöbələrarası effektiv ünsiyyət və koordinasiya bacarığı;
  • Azərbaycan dilini peşəkar səviyyədə bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür.

Почему мы?

  • 5 günlük iş həftəsi;
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
  • Maraqlanan namizədlər
Назад