Portfellərin idarəedilməsi şöbəsinin Baş Layihə Meneceri
Təsvir
Layihə menecerləri ilə sıx əməkdaşlıq və koordinasiya çərçivəsində sahə üzrə layihələrin effektiv idarə olunmasının təmin edilməsi; Təşkilatın strateji hədəflərinə uyğun olaraq layihə portfelinin formalaşdırılması, prioritetləndirilməsi və icrasını təmin edilməsi; Layihə menecerləri ilə birlikdə layihə planlarının (məqsədlər, vaxt qrafikləri, büdcə) hazırlanmasına nəzarət və uyğunluğun təmin edilməsi; İstiqamət üzrə layihələrin icra vəziyyətinin mütəmadi monitorinqi və ümumi performansın qiymətləndirilməsi; Layihə menecerləri tərəfindən idarə olunan layihələrdə əhatə dairəsi (scope), dəyişikliklər və resursların effektiv idarə olunmasına nəzarət olunması; Resursların layihələr arasında optimal bölgüsünü təmin etmək və prioritetlərə uyğun şəkildə yönləndirilməsi; Layihə menecerlərinə tapşırıqların icrası və irəliləyişin izlənilməsi üzrə dəstək göstərilməsi və koordinasiyanın təmin edilməsi; Maraqlı tərəflərlə portfel səviyyəsində kommunikasiya qurmaq, konsolidə olunmuş hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; İstiqamət üzrə risklərin və problemlərin müəyyən edilməsi, layihə menecerləri ilə birlikdə onların azaldılması üçün tədbirlərin görülməsi; Bütün layihələrin vaxtında, müəyyən edilmiş əhatə dairəsində və büdcə daxilində icrasına nəzarət və ümumi uyğunluğun təmin edilməsi; İstiqamət üzrə sənədləşmənin standartlaşdırılması və layihə menecerləri tərəfindən hazırlanmış sənədlərin keyfiyyətinə nəzarət; Layihələr tamamlandıqdan sonra ümumi portfel səviyyəsində qiymətləndirmələrin aparılması, əldə olunan nəticələrin təhlili və “lessons learned” yanaşmasının tətbiqi.
Требования
- Ali təhsil: (İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Menecment ixtisasları üzrə); İş təcrübəsi: Rəqəmsallaşma, süni intellekt, innovasiya və qanunvericilik layihələri üzrə minimum 4 il praktiki iş təcrübəsi; Layihə statusunun hesabatlılığına dair analitik bacarıqlar; Sertifikatlar: PMP, PgMP və ya PfMP sertifikatlarının olması zəruridir; Əlavə üstünlük: Dövlət qurumlarında iş təcrübəsinin olması arzuolunandır; Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (əla) | Rus dili (arzuolunandır); Kompüter və texniki bilikləri; Microsoft Office Programs (Word, Excel, Power Point), Jira, Confluence.