R-
Qeydiyyat və Farmakonəzarət üzrə Menecer
R - Pharm
Должностные обязанности
- Dərman vasitələrinin, tibbi vasitələrin dövlət qeydiyyatı, yenidən qeydiyyatı və qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi üçün tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi.
- Qeydiyyat şəhadətnamələrinin etibarlılıq müddətinə nəzarət edilməsi və vaxtında yenilənmə prosesinin təşkili.
- Dövlət tənzimləyici orqanlarından daxil olan sorğu və iradlara cavabların hazırlanması və müəyyən olunmuş müddətlərdə təqdim edilməsi.
- Dərman vasitələrinin, tibbi vasitələrin qeydiyyat statusu üzrə elektron məlumat bazasının və reyestrin aparılması.
- Qeydiyyat prosesləri üzrə daxili normativ prosedurların hazırlanması və yenilənməsində iştirak.
- Milli və beynəlxalq tənzimləyici qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi, təhlili və şirkətin fəaliyyətinə tətbiq olunmasının təmin edilməsi.
- Dərman vasitələrinin arzuolunmaz reaksiyaları və əlavə təsirləri haqqında məlumatların toplanması, emalı, qeydiyyatı və arxivləşdirilməsi.
- Farmakonəzarət üzrə prosedur, təlimat və digər sənədlərin tənzimləyici orqanların tələblərinə uyğun hazırlanması və yenilənməsi.
- Farmakonəzarət sistemi üzrə audit və tənzimləyici inspeksiyalarda iştirak.
- Qeydiyyat sənədlərinin və farmakonəzarət hesabatlarının müəyyən edilmiş müddətlərdə hazırlanması və təqdim edilməsi.
Требования
- Ali təhsil (tibb, əczaçılıq ixtisası üzrə).
- Qeydiyyat və/və ya farmakonəzarət sahəsində minimum 3 il iş təcrübəsi.
- Dərman vasitələrinin qeydiyyatı və farmakonəzarət üzrə Azərbaycan Respublikasının qanunvericiliyini və normativ sənədlərini bilmək.
- GVP (Good Pharmacovigilance Practices) prinsiplərini bilmək.
- MS Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) Azərbaycan, rus və ingilis dillərini bilmək.
- Sənədlərlə işləmək, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı.
- Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “ Qeydiyyat və Farmakonəzarət üzrə Menecer” qeyd edərək