Qeydiyyatçı
Təsvir
Bütün qonaqları qarşılamaq və salamlamaq, qeydiyyat prosesində onlara kömək etmək; Otaqların açarlarına ciddi nəzarəti təmin etmək; Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək; Şəhərdə və ölkədə otellər və turizm haqqında dəqiq biliklərə malik olmaq; İtən və tapılan əşyalar haqqında xəbər vermək; Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək; İşçilərin “Biz bir komandayıq!” ruhunda çalışmalarını dəstəkləmək və bunu qoruyub saxlamaq; Gəlmələr və getmələr haqqında məlumatları yoxlamaq, baqajların boşaldılması və daşınması, habelə qonaqlar tərəfindən tələb edilən digər xidmətləri təşkil etmək; Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək; Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq; Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq; Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq; Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq; Qonaqlara dair arxiv sənədlərinin səliqəli ilə aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək;
Требования
- Müvafiq sahə üzrə 1-2 il təcrübə; Məsuliyyətlilik və operativlik; MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar; Azərbaycan dili – sərbəst; Rus və ya İngilis dili – yaxşı səviyyədə; Dinləmə bacarıqları; Konfliktləri həll etmə bacarığı; Detallara diqqətli olmaq. İş vaxtının norması: 5 günlük iş həftəsi (növbəli qrafik); İstirahət günü: 2 (iki) gün. Iş Yeri: Bakı şəhəri, The Central Point Hotel Baku