Вакансии
TG

Rezervasiyalar üzrə nümayəndə

TABIA Group LLC

Təsvir

-Telefon, faks və e-poçt sorğularını operativ və peşəkar bir şəkildə cavablandırmaq və şirkət standartlarına uyğun olaraq təmin etmək; -Müxtəlif qiymətlər haqqında dəqiq məlumata malik olmaq və bu qiymətləri düzgün tətbiq etmək; -CRS sistemi vasitəsilə rezervasiyalarda dəyişikliklər etmək, rezervasiyaları ləğv etmək, təsdiq məktublarını e-poçt vasitəsi ilə göndərmək; -Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq; -Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında qonaqlara düzgün informasiya verə bilmək; -Gəliri maksimuma çatdırmaq üçün qonaqlarla əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək; -Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək və gələcək işini təmin etmək üçün mürəkkəb problemləri həll etmək; -Mehmanxanada və mehmanxananın olduğu ərazidə təşkil edilən tədbirlər barədə məlumata malik olmaq.

Требования

  • Azərbaycan və rus dillərini bilmək mütləqdir; ingilis dili biliyi arzuolunandır. -Dəyişkən qrafiklər üzrə işləmək imkanı. -Opera PMS və Microsoft Office (əsasən Outlook) proqramları ilə işləmə bacarıqları. -Kommunikasiya Bacarıqları: Qonaqlarla effektiv şəkildə əlaqə qurmaq üçün yaxşı verbal və yazılı kommunikasiya bacarıqları.
Назад