Вакансии
XB

Risklərin İdarə edilməsi İdarəsinin Əməliyyat riski şöbəsinin böyük/baş mütəxəssisi

Xalq Bank

Təsvir

- Yaradılan və təkmilləşdirilən bank məhsulları və biznes proseslərə dair risk yönümlü qiymətləndirmə istiqamətində dəstəyin verilməsi; - Layihələrin analizi zamanı yarana biləcək potensial riskləri müəyyən etmək və rey /report hazırlanmasını təmin etmək; - Risk idarə etmə proseslərinin digər bankdaxili proseslər ilə birgə effektiv çalışma yanaşmalarının mexanizmlərinin müəyyən edilməsi və aidiyyati strukturlar ilə razılaşdırılması; - Müvafiq məhdul ,proses və qaydalar üzrə sənədlərə risk yönümlü rəylərin verilməsi; - Risk / Nəzarət funksiyasının fəaliyyəti ilə bağlı təkliflərin verilməsi və həmin təkliflərin müzakirə edilməsində iştirak etmək; - Əməliyyat risklərinin idarə edilməsi prosesində (KRİ) risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması /eyni zamanda təkmilləşdirmə işlərinin aparılması istiqamətində təkliflər vermək - RCSA, KRI, KCI, Risk Reyestri hazırlanmasında yaxından iştirak. - Risklərin qiymətləndirilməsi, azladılması və qalq risk nəticəsi barədə hesabatların hazırlanması - Bankın məhsul və xidmətlərinin təhlili; - Risklərin müəyyən olunması,qiymətləndirilməsi və idarə olunması üzrə təkliflərin verilməsi; - Vəzifə öhdəliklərinin icrası ilə bağlı digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətgöstərmək.

Требования

  • Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir); · Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə; · Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün); · İngilis dili biliyi mütləqdir; · Bank sahəsində müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq; · Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı; · BI və Data analitika bilikləri arzuolunandır; · Əməliyyat riski üzrə hesabatların hazırlanması üzrə təcrübə və ya biliklər;(Risk/İnsidentleri,İstilik xəritəsi,təsir və ehtimal hesablanması və s ) · Əməliyyat riskləri üzrə ssenari analizi, Stress-testləşdirmə və əməliyyat risklərin modelləşdirilməsi üzrə biliklər; · Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər arzuolunandır; · Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; · Analitik düşünmə və tədqiqat bacarığı; · Yüksək qavrama və öyrənmə qabiliyyəti; · İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
Назад