Вакансии
ST

Satınalma üzrə baş mütəxəssis

STP-BTECH

STP-Btech şirkətinin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının, informativ lövhələrin istehsalı və quraşdırılması, təhlükəsizlik sədlərinin quraşdırılması o cümlədən yol xətlənmə işlərinin aparılmasıdır.

Должностные обязанности

  • İri həcmli və xüsusi araşdırma tələb edən satınalma sifarişlərini qəbul etmək və icrasını təmin etmək;
  • Bazar araşdırmaları aparmaq, yeni təchizatçıları müəyyən etmək və daxili tender proseslərini təşkil etmək;
  • Təchizatçıların fəaliyyətini hərtərəfli təhlil etmək, təchizatçı bazasını formalaşdırmaq və kateqoriyalaşdırmaq;
  • Təchizatçıların qiymət, keyfiyyət, çatdırılma müddəti və digər meyarlar üzrə müqayisəli təhlilini hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Satınalma sifarişlərini prioritetləşdirmək, qruplaşdırmaq və planlaşdırmaq;
  • Satınalma prosesi ilə bağlı sifarişçi struktur bölmələrin müraciətlərini təhlil etmək və operativ həllini təmin etmək;
  • Təchizatçılarla müqavilələrin hazırlanmasını, razılaşdırılmasını və bağlanmasını təmin etmək, aidiyyəti struktur bölmələrin rəylərini almaq;
  • Müqavilə öhdəliklərinin vaxtında və düzgün icrasına nəzarət etmək;
  • Satınalma prosesində yarana biləcək riskləri müəyyən etmək və onların minimuma endirilməsi ilə bağlı təkliflər hazırlamaq;
  • Satınalma əməliyyatlarının ERP sistemində düzgün uçotunu aparmaq və müvafiq əməliyyatları icra etmək;
  • Şöbə üzrə dövri hesabatları hazırlamaq, rəhbərliyə təqdim etmək və hesabat bazasının daim aktual saxlanılmasını təmin etmək.

Требования

  • Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
  • Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli və detallara diqqətli olmalıdır;
  • MS Office proqramlarını bilməlidir;
  • Azərbaycan dili, mükəmməl rus və ingilis dillərini bilməlidir.
  • Əmək şəraiti: İş qrafiki: 5 günlük İş vaxtı: 09:00-18:00 Könüllü tibbi sığorta Nahar şirkət tərəfindən təmin olunur Nəqliyyat xidməti
Назад