RS
Satış Meneceri
R.A.M. Servis MMC
Sizin əsas vəzifələriniz olacaq: Korporativ və fərdi müştərilərin cəlb edilməsi və satışların artırılması. Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və idarə edilməsi. Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması. Müştərilərə avtomobil icarəsi xidmətləri üzrə məsləhətlərin verilməsi. Satış hədəflərinin yerinə yetirilməsi və yeni biznes imkanlarının araşdırılması. Bazarın və rəqiblərin təhlilinin aparılması. Əməliyyat komandası ilə koordinasiyalı şəkildə sifarişlərin icrasının təmin edilməsi. Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Требования
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahələr üzrə üstünlükdür).
- Satış sahəsində minimum 1 il iş təcrübəsi (avtomobil icarəsi və ya avtomobil sektoru üzrə təcrübə üstünlükdür).
- Azərbaycan dili – sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür.
- MS Office proqramlarında işləmək bacarığı.
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
- Müştəriyönümlü yanaşma və nəticəyönümlü iş prinsipi.
- Komandada və müstəqil işləmək bacarığı.
- Əgər düşünürsünüzsə ki, bu rol sizə uyğundur — CV-nizi