Вакансии
UK

Şəbəkə Əməliyyatları Bölməsinin Mütəxəssisi

Unibank Kommersiya Bankı

Təsvir

Bankın şəbəkə infrastrukturu, serverləri, sistemləri və kritik xidmətlərinin fasiləsiz monitorinqinin həyata keçirilməsi; Monitorinq platformaları (Zabbix, Grafana, PRTG və s.) vasitəsilə sistemlərin real vaxt rejimində izlənilməsi; Aşkar olunan nasazlıqlar, performans zəifləmələri və kritik xətələr barədə müvafiq administratorların, mühəndislərin və məsul şəxslərin SMS, telefon zəngi və ya digər operativ vasitələrlə məlumatlandırılması; Xətanın xarakterinə uyğun olaraq insidentlərin vaxtında eskalasiya olunması (NOC → Network → Systems → Security və s.); Şəbəkə və xidmətlərin əlçatanlığına təsir göstərə biləcək risklərin əvvəlcədən müəyyən edilməsi və preventiv xəbərdarlıqların verilməsi; İlkin diaqnostika tədbirlərinin həyata keçirilməsi. Üstünlüklərimiz: Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Güclü komanda və bilik mübadiləsi mühiti; Rahat və müasir iş şəraiti; Tibbi sığorta.

Требования

  • Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili; İT və ya şəbəkə inzibatçılığı sahəsində minimum 1–2 il iş təcrübəsi (NOC sahəsində təcrübə üstünlükdür); Monitorinq alətləri (Zabbix, Grafana və s.) ilə işləmək bacarığı; IP, Ping, Traceroute, DNS və HTTP/HTTPS status kodları üzrə baza bilikləri; İnsidentlərin təsnifatı və eskalasiya prosedurları üzrə anlayış; Növbəli (shift) iş rejimində işləmək imkanı; Analitik düşüncə, yüksək diqqətlilik və operativ qərarvermə bacarığı.
Назад