Sənayedə Elektrik
İş barədə məlumat Müəssisənin elektrik sistemlərinin, avadanlıqlarının və enerji təchizatı xətlərinin layihələndirilməsi, quraşdırılması və texniki istismarına nəzarət etmək; İstehsalat sahəsində istifadə olunan elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək; Elektrik şitləri, avtomatika sistemləri, mühərriklər, sensorlar və idarəetmə panellərinin sazlanması və texniki xidmətini həyata keçirmək; Elektrik nasazlıqlarını operativ şəkildə diaqnostika etmək və aradan qaldırmaq; Yeni elektrik xətlərinin çəkilməsi, kabel marşrutlarının təşkili və avadanlıqların qoşulmasını təmin etmək; Elektrik yüklərinin hesablanmasını və enerji sərfiyyatının optimallaşdırılmasını həyata keçirmək; PLC, inverter və sənaye avtomatlaşdırma sistemləri ilə bağlı texniki işlərdə iştirak etmək; Texniki çertyoj, elektrik sxemləri və layihə sənədlərini oxumaq və hazırlamaq; İstehsalat avadanlıqlarının preventiv texniki baxış planlarını hazırlamaq və icrasına nəzarət etmək; Elektrik təhlükəsizliyi qaydalarına və əməyin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərmək; İstehsalat prosesində yaranan texniki problemlərin həlli üçün digər şöbələrlə koordinasiyalı işləmək; Görülmüş işlər və texniki vəziyyət barədə rəhbərliyə hesabat təqdim etmək.
Требования
- Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- Elektrik sistemləri və sənaye avadanlıqları üzrə texniki biliklər;
- Elektrik sxemlərini və texniki çertyojları oxuma bacarığı;
- PLC, avtomatika və sənaye elektrik sistemləri üzrə biliklər üstünlükdür;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Analitik düşünmə və texniki problemləri operativ həll etmə bacarığı;
- MS Office və texniki proqramlarda işləmək bacarığı.
Почему мы?
- İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək Əmək haqqı : 700- 800 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər) İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
- Əlaqə nömrəsi: +99450 231 12 05